Uğurlu Lider Olmaq Üçün ...

0
3713
Uğurlu Lider Olmaq Üçün ...

Bu yazını oxuyursansa, demək ki, lider olmağı düşünürsən. Özü də sıradan yox, idarəetmədə bacarıqlı olan bir lider! O zaman sizə bu işin mütəxəssislərinin məsləhətlərini təqdim edirik:
Gələcəyiniz üçün hazırlayın: Karier səfəriniz əsnasında, bir çox liderlik qabiliyyəti öyrənəcəksiniz, aşağıdakı tövsiyələr də kariyerana sürətli bir başlanğıc etmənizi təmin edəcək.
İstəkli olduğunuzu göstərin: Fərdi enerji yoluxucu bir şeydir. Edilən iş nə olursa olsun, o işə qarşı istəkli olduğunuzu göstərin. Digər insanlar bunu gördüyündə onlar da işlərində istəkli olmağa başlayacaqlar.
Optimizm yaradın: İşyerində mənfilik, dağıdıcı təsirlər/təsir edər, yarada bilər. Məsələn, müdiriniz bir proyektdəki səhvi deyil, sizdən gələcək həll təklifini eşitmək istər.
Yeniliklərə açıq olun: Yeniliklərə etiraz etsəniz, iş həyatınızda müvəffəqiyyətli ola bilməzsiniz. Məsələn, yeni bir proyektə könüllü olun və dəyişmə üçün digər iş yoldaşlarınıza qabaqcıl olun.
Komanda işinə uyğun olun: İndiki vaxtda şirkətlər az qaynaqla çox iş etmək məcburiyyətində qaldıqları üçün komanda işlərinə çox əhəmiyyət verməyə başladılar. Tək başınıza işləməkdə israr edib, başqalarına nəzarət etsəniz, kariyera səfərinizdə çətinlik çəkərsiniz.
Bir Liderin Vəzifələri nələrdir:
- Bir proyektdə liderlik etməniz lazım olduğunda, özünüzə yeni xüsusiyyətlər əlavə etməlisiniz.
- Mümkün olduğunca işçilərinizə səlahiyyətlər verin. Proyektlərinizi, doğru kəslərə verdiyinizdən əmin olun.
- Özünüzü işinizə həsr etmək liderlik vəzifənizin ən əhəmiyyətli qisimidir. 8 saat işləmək, bir işə özünüzü həsr etdiyinizi göstərməz. İşinizə və özünüzü inkişaf etdirməyə bir gün içərisində minimum 12 saat ayırın.
- Sizin xüsusiyyətlərinizi tamamlayan işləyənləri işə götürün. Sizə bənzəyən işçilər götürdüyünüzdə, müvəffəqiyyətlərinizi məhdudlaşdırmış olarsınız. Bacarıqlarınızdan fərqli bacarıqlara sahib olan işçiləri işə götürsəniz, hədəfinizə daha asan çatarsınız.
- Bu işi edən yoldaşlarınızdan təklif alın. Bir proyektdə ilk dəfə liderlik etdikdə, hər şeyi bilə bilməzsən. Bu işdə ən müvəffəqiyyətli olan yoldaşlarınıza, bu işdə necə müvəffəqiyyətli olduqlarını soruşun.

 

 

Korrektor: Əliyeva Aynur

ŞƏRH YAZIN