Abş-Da 800 Min Dollara Şəhər Almaq Olar!

0
1482
Abş-Da 800 Min Dollara Şəhər Almaq Olar!

Əgər  böyük şəhərlərdəki həyat tərzi sizi qane etmirsə, onda Cənubi Dakoda ştatındakı Scenik şəhərinə köçmək imkanını nəzərə alın. Cəmi 800 min dollara bütün şəhər sizin ola bilər.
Bu qədər pula siz bir neçə yaşayış evi və boş tikililər, salon, rəqs zalı, iki həbsxana, dəmiryolu stansiyası və iki boş ticarət meydançası əldə edə bilərsiz. Binaların bəzisi tamamilə normal,bəzisi isə baxımsız və uçma təhlükəsindədir.
Şəhərdə yalnız hazırki sahibkarlarla əlaqəli olan 10 nəfər sakin yaşayır.Bu da sizə oraya öz ailənizi və  dostlarınızı köçürmək və qanunla qadağan olunmayan hər bir işi görmək üçün kifayət qədər boş ərazi əldə etmək imkanı verir. Lakin qanun yaratmaq da sizin çiyinlərinizə düşdüyü üçün təyin olunmamış qanun pozuntusuna görə də cəzanı özünüz tətbiq etməli olacaqsınız.Vəhşi Qərbdə olduğu kimi istədiyiniz hər şeyi etmək də tamamilə mümkündür.

 

Korrektə etdi:Günel İbadova

 

ŞƏRH YAZIN