Ağıllı Insanların Özəllikləri

0
3514
Ağıllı Insanların Özəllikləri

Ağıllı insanlar hər zaman duruşu, baxışı, danışığı elə susmağı ilə də fərqlənirlər. Onların düşüncələri də fantastikdir. Bəs onların nəzərəçarpan xüsusiyyətləri hansılardır?

Üstün zəkalı insanlar son dərəcə inadçı quruluşlu insanlardır. Müvəffəqiyyətsizliklə üzləşəndə  heç vaxt güclərini itirməzlər və əsla yarı yoldan dönməzlər. Fikirləşin, Edison lampanı kəşfdən əvvəl minlərlə təcrübə sınaqdan keçirmişdi və əsla işi yarıda buraxmamışdı və sonda da müvəffəqiyyətə çatmışdı.

Üstün zəkalı insanlar lider ruhlu insanlardır. Ağıllı insanlar həm intizamla və həm də oyun oynayırlarmış kimi işlərinə yanaşırlar. Gördükləri işi böyük bir ciddiliklə edərlər, ancaq oyun havası da verərək gördükləri işdən böyük bir zövq alırlar.

Xüsusiyyətlərindən biri də çox böyük fiziki enerjiyə sahib olmalarıdır. Bu doğuşdan əmələ gələn bir enerji modelləməsi olmayıb, tamamilə özünü adaptasiya etdiyi mövzunu tamamlamaq üçün saatlarla işləməsi lazım olduğu şüuruna sahib olmasıdır. Bunun nəticəsi olaraq da iradə və ürək koordinasiyalı bir formada enerjini təmin etmək üçün cəhd göstərərlər.

Ağıllı insanların duyğuları çox sıxdır. Məntiqi inkişaf eyni vaxtda romantik inkişafa da təsir edir. Bu vəziyyətə görə uşaq qalmağı bacarmış insanlar daha ağıllıdır kimi bir nəticəyə nail ola bilərik, çünki uşaqlar duyğularını çox sıx yaşayırlar.

Korrektə etdi: Hürü Mustafayeva

ŞƏRH YAZIN