Alimlər Xoşbəxtliyin Sirrini Tapdı

0
4571
Alimlər Xoşbəxtliyin Sirrini Tapdı

Amerikalı alimlər xoşbəxtliyin sirrini tapıblar. Onlar apardıqları araşdırmaya görə,insanın xoşbəxt və ya bədbəxt olacağının,onun doğuşundan xeyli əvvəl müəyyənləşdiyi qənaətinə gəliblər. Ata və ananın əhvalı,onların münasibətdə olduqları dövrdə onlardan ixrac olunan kimyəvi elementlər gələcək uşağın genotipini müəyyənləşdirir.

Sağlam mühit olan evdə, valideynlərin əhvalının və bir-birlərinə qarşı münasibətlərin müsbət olduğu şəraitdə dünyaya gələn uşaqlara müsbət enerji keçir. Neqativ əhval, ruh yüksəkliyi olmayan valideynlərin övladları isə xoşbəxt ola bilmir.

Dr. Abert Haleb Bukeyin sözlərinə görə, bizi əhatə edən bütün duyğular gələcək nəsillərimizdə izini buraxır.

Bəzən uşaq doğulduqdan sonra valideynlərin münasibətləri korlanır, ancaq bu, uşaqların xoşbəxt olmasına təsir göstərə bilmir. Ancaq xoşbəxt bir ailədə hər zaman narazı və qaşqabaqlı bir övlad böyüyür.

İnsan beyni cinsiyyət orqanlarına da təsir göstərən kimyəvi elementlər ixrac edir. Misal üçün, endorfin maddəsi insanda xoşbəxtlik və eyforiya duyğusu yaradır.
 
 
Korrektor:Əhmədova Sevinc

ŞƏRH YAZIN