Aristotel Aforizmləri!

0
8939
Aristotel Aforizmləri!

Aristotelə iki sual verirlər. Birinci sual:

- Siz insanların hansı hərəkətlərindən təəccüblənirsiniz?

Aristotel bir-bir sadalayır:

* Uşaq olanda darıxırlar, böyüməkçün tələsirlər. Ancaq sonradan da uşaqlıq dövrünün xiffətini çəkirlər.

* Pul qazanmaq üçün sağlamlıqlarını itirirlər. Sonra sağalmaq üçün pul xərcləyirlər.

* Gələcək necə olacaq deyə narahatlıq keçirirlər və bu günü unudurlar. Nəticədə, nə bu günü, nə də gələcəyi normal yaşayırlar.

* Elə yaşayırlar ki, elə bil heç ölməyəcəklər. Elə ölürlər ki, elə bil heç yaşamıyıblar.

Növbə ikinci suala çatır:

- Yaxşı bəs, siz nə məsləhət verirsiniz?

Aristotel yenə sadalayır:

* Özünüzü kiminsə gözündə ucaltmağa çalışmayın. Sadəcə imkan verin ki, sizi sevsinlər, əziz tuta bilsinlər.

*İnsan ömründə ən vacib olan, həyatda çox şeyə sahib olmaq deyil, az şeyə ehtiyac duymaqdır.

Korrektə etdi: Hürü Mustafayeva

ŞƏRH YAZIN