Ayaq barmaqlarınız xarakterinizdən xəbər verir

0
3269
Ayaq barmaqlarınız xarakterinizdən xəbər verir

Ayaq barmaqlarınız xarakterinizdən xəbər verir


Qədim zamanlardan bəri insanlar ayaq barmaqlarının formasının xarakterdən xəbər veridiyinə inanıblar. Əgər ətrafınızdakı insanları və ən əsası özünüzü daha yaxşı tanımaq istəyirsinizsə, publika.az-ın təqdim etdiyi fotoya diqqətlə baxın və analizləri yadınızda saxlayın.
 
a) Canayaxın və istiqanlı
Əgər barmaqlarınızın boyu sağdan sola doğru qısalırsa, deməli, istiqanlısınız. Yeni insanlarla tanış olmağı çox xoşlayırsınız. Yeni fikirlərə açıqsınız. Qəliblərə sığmırsınız.
 
b) Yaradıcı və coşğulu
Əgər ikinci barmağınız baş barmağınızdan böyükdürsə, deməli siz çox istedadlı və yaradıcı bir insansınız. Zehniniz siz yuxuda olarkən belə prosesləri analiz edir və hər səhər yeni ideyalarla oyanırsınız. Daim yeni şeylər öyrənməyə can atırsınız. Bu istəyiniz tez yorulmağınıza və stress keçirməyinizə səbəb olur. Ancaq buna dəydiyinə inanırsınız.
 
c) Sədaqətli və diqqətli
Bütün barmaqlarınız eyni boydadırsa, deməli siz ətrafınızdakı insanlara çox sədaqətlisiniz. İnsanlar sizə güvənirlər və ən çətin anlarında sizə müraciət edirlər. Siz çox təmkinli insansınız, ona görə də dostlarınız həmişə sizin məsləhətlərinizi dinləyirlər. 
 
 

ŞƏRH YAZIN