Barmaqların sirri ...

0
4151
Barmaqların sirri ...

 Barmaqların sirri... heç bu barədə eşitmisiniz? Elə isə, barmaqların sirrini siz də bilməlisiniz. Barmaqlar nəyi təmsil edər və nə anlama gələr, indi bunu biləcəksiniz.


Baş barmaq: ana-atanızı,
 
İşarə barmağı : qardaş və bacınızı,
 
Orta barmaq: sizi,
 
Dördüncü barmaq (yəni üzük barmağı) : həyat yoldaşınızı,
 
Və kiçik barmaq, uşaqlarınızı təmsil edər.
 
Əvvəlcə ovuclarınızı bir-birinə baxacaq şəkildə açın. Sonra isə onları birləşdirin. Unutmadan qeyd edək ki, bunları edərkən ortancıl barmağınız içəri qatlanmış olmalıdır.
 
İndi, ana atanızı təmsil edən baş barmaqlarınızı ayırmağa çalışın... Açılacaq, çünki ana atanız sizinlə birlikdə ömür boyu yaşamayacaq. tez ya da geç onlardan ayrılmaq məcburiyyətindəsiniz.

Baş barmaqlarınızı əvvəlki kimi birləşdirib, qardaşlarınızı təmsil edən işarə barmaqlarınızı ayırın. Onlar da ayrılacaq, çünki qardaşlarınız öz ailələrini qurub, ayrı bir həyat seçər.

İşarə barmaqlarınızı birləşdirib, uşaqlarınızı təmsil edən kiçik barmaqlarınızı ayırın. Onlar da ayrılacaq, çünki uşaqlar da evlənər və bir gün öz həyatlarını qurar.

Son olaraq kiçik barmaqlarınızı birləşdirib, yoldaşınızı təmsil edən üzük barmaqlarınızı ayırmağa çalışın. Ayıra bilmədiyinizi görüncə çaşacaqsınız. Çünki ər-arvadlar həyat boyu bir yerdə yaşayarlar... Yaxşı gündə və pis gündə!

ŞƏRH YAZIN