Bazar Ertəsi Sindromunun Səbəbi ...

0
2516
Bazar Ertəsi Sindromunun Səbəbi ...

Bir çox insan bazar ertəsi sindromunun mövcudluğuna inanır. Həftənin ən stresli, depressiv gününün bazar ertəsi olduğunu düşünür. Bəs insanlara bunu düşündürəcək hansı səbəblərdir? Sizə bu problemin 6 elmi səbəbini təqdim edirik.
Yuxu normanız yoxdur. Beynimiz bədən saatından asılı olaraq işləyir. Yay və qış saat tətbiqinin həyatımızı necə alt-üst etdiyini bir düşünün. Amma bir şəkildə biz bunu hər həftə etmiş oluruq. Bir çox insan həftəiçi yetərincə yata bilmədiyi üçün bunun əvəzini həftə sonları çıxarmağa çalışır. Şənbə-bazar artıq yatdığınız 1-2 saat bədənin zaman mexanizmini pozur. Bu artıq yuxu bədənin zaman mexanizmini 45 dəqiqə geriyə alır və nəticədə həftəyə yorğun olaraq başlayırsız. Həftə sonu doyunca yatıb yaxşı dincəldiyinizi düşünsəniz belə, bazar ertəsi yuxudan oyanmaq kabus olur.
Yetərincə sosial deyilsiz. Özümüzü xoşbəxt hiss etmək üçün birlikdə yaşadığımız, işlədiyimz insanlar arasında rahat olmamız lazımdır. Ünsiyyət qurmamız şərtdir. İki günlük həftə sonu fasiləsindən sonrası belə iş yerindəki vəziyyətin eyni olması məsləhətdir.
Ani dəyişiklikləri sevmirsiz. Araşdırma zamanı bazar ertəsinin digər günlərə nisbətən elə də çox üzgün, stressli olmadığı görülüb. İnsanlar həftə sonunu səbrsizliklə gözlədikləri üçün cümə günü xoşbəxt olurlar. Hər gün isə əslində eyni sonlanır. Ancaq insanlara "ən depressiv gün hansıdır?" deyəndə , "bazar ertəsi" deyirlər. Xoşbəxt bir bazar günü sonrası yeni həftə ilə bağlı yaşanılan duyğu dəyişimi ucbatından bazar ertəsi daima həftənin ən çətin günü kimi görünəcək.
Özünüzü bərbad hiss edirsiz. Həftəsonu daha çox yemək yemək, içki içmək, siqaret çəkmək kimi başa düşülür. Amerika qadınları bazar ertəsi günü özlərini daha cazibədar hiss edirlər. İnsanlar özləri ilə bağlı dəyişiklik etmək istədiklərində ən uyğun günün bazar ertəsi olduğunu düşünürlər. Siqareti tərgidmək, pəhrizə başlamaq kimi. Etməkdən zövq almadığınız şeylər sizi həftənin ilk günü bərbad hiss elətdirə bilər.
Sağlam deyilsiz. Bazar ertəsi olduğu üçün deyil, həqiqətən də sağlam deyilsiz. Araşdırmalar arıq inanların bazar ertəsi daha çox çəki aldıqlarını, ürək xəstəsi olanların infarkt olma riskinin həmin gün daha yüksək olduğunu, təzyiqin hər gün olduğundan daha yüksək olduğunu təsbit edib.
İşinizi sevmirsiz. Araşdırma zamanı insanların yüzdə 70-i işindən nifrət etdiyi müəyyən olunub. Bazar ertəsi iş günü olduğundan depressiya və sinir pozuntusu bazar günü gecədən başlayır. Sevmədiyiniz işdə çalışaraq hər bazar ertəsini bir kabusa çevirirsiz.

 


Korrektor: Əliyeva Aynur

ŞƏRH YAZIN