Beyninizə Yeni Nəfəs Qatın

0
2056
Beyninizə Yeni Nəfəs Qatın

Çox yorulduğumuz, taqətdən düşdüyümüz anlar olur. İmkan tapan kimi istirahət edirik. Bir də beyninizi düşünün. Bütün gün çalışır, düşünür, fikir edir, bir sıra proseslər gedir. Bəs beyninizin istirahəti üçün nə edirsiniz? Bax bu xəbərimiz elə beyni yorulanlar üçündür. Bu çalışmaları etməklə beyninizə yeni nəfəs qatacaqsınız.

Tapmaca və çətin tapşırıqlar həll edin.

Özünüzdə ambidekstriyanı (həm sağ əl, həm də sol əldən aktiv şəkildə istifadə etmək bacarığı) inkişaf etdirin. Çalışın dişlərinizi yuyanda, saçlarınızı darayanda, kompüterlə işləyərkən sol əlinizdən istifadə edin. Əgər solaxaysınızsa sağ əlinizdən istifadə edin.

Qeyri-müəyyən, sirli məsələlər üzərində çox düşünməyə çalışın. Paradokslardan zövq almağı bacarın.

İntellekt-kartları həll etməyə çalışın.

Bir müddətlik bəzi hissiyyatlarınızı “blok” edin. Məsələn, əllərinizi bağlayaraq yemək yeyin, müəyyən müddətə qulaqlarınıza pambıq tıxayın, gözü bağlı şəkildə duş qəbul edin.

Hər hansısa əşyanı başqa hansı məqsədlər üçün istifadə etməyin mümkün olduğu üzərində düşünün.

Məntiqlə maraqlanın. Məntiqi tapşırıqlar həll edin.

Pozitiv düşünün.

Hər hansı bir incəsənət növü ilə - heykəltəraşlıq, rəssamlıq, musiqi ilə məşğul olun.

Beyin üçün faydalı ərzaqlarla qidalanın.

Fiziki tapşırıqlar ilə məşğul olun.

Çoxlu su için.

Dərindən nəfəs alın.

Daha çox gülümsəyin.

Yuxu rejiminizə diqqət edin.

Qısa yuxu rejimini sınaqdan keçirin.

Texnikadan daha az istifadə etməyə çalışın.

Beyinin xüsusiyyətlərinin öyrənilməsinə dair məlumatlar oxuyun.

Özünüz özünüzlə söhbət edin.

Xarici dillər öyrənin.

Simvolların dilini öyrənin.

Riyaziyyatla dostlaşın.

İnsanların adlarını yadda saxlayın.

Meditasiya edin.

Televizordan imtina edin.

Diqqətinizi toplamağı öyrənin.

Korrektə etdi: Hürü Mustafayeva

ŞƏRH YAZIN