Bill Qeyts Haqqında

0
3647
Bill Qeyts Haqqında

Villiam Henry “Bill” Qeyts III və ya ən çox bilinən adı ilə Bill Qeyts 1955-ci il 28 Oktyabr tarixində ABŞ-ın Sietl şəhərində anadan olmuşdur.Bill Qeyts 2 nəfər tərəfindən yaradılan şirkətin – Microsoft şirkətinin banisidir.Qeyts 20-ci əsrin ən uğurlu şirkətlərindən birini qurmuşdu və 2009-cu ildə dünyanın ən varlı adamı idi.Atası vəkil, anası müəllimə idi.Kiçik yaşlarından informatikaya marağı olan Qeyts aşağı sinifdən İnformatika kurslarına getməyə başladı.Sinif yoldaşı Paul Allen ilə birlikdə boş vaxtlarında kompyuter ilə məşğul olurdular.İmkanları o qədər də geniş deyildi.Buna görə bir şirkətin kompyuterlərindən istifadə etməli idilər.Onlar bunun üçün istifadəçilər üçün programlaşdırmada edilən səhvləri axtarırdılar və bununla da şirkətin kompyuterlərindən rahatca istifadə edə bilirdilər.Bu yolla özlərini təkmilləşdirən bu iki cavan 1972-ci ildə ilk şirkətləri olan Traf-O-Data nı qurdular.Traf-O-Data “yol hərəkəti sistemi” üçün programlar yazırdı və bununla dostlar 20.000 dollara qədər gəlir əldə etdilər.Şəxsi(Personal) kompyuterlər 1970-ci illərdə təkmilləşdirilirdi.MITS şirkətinin Altair adını verdiyi və natamam əməliyyat sistemi ilə işləyən kompyuter hələ tam hazır deyildi.Dostlar 1974-cü ildə hazırladıqları “BASIC” programlama dili ilə Altair üçün öz programlarını yarada bilməyə nail olmuşdu.MITS bu iki cavanın bu sahədəki bacarığını gördü və onlardan Altairi təkmilləşdirmələrini istədi.Qeyts təhsilini yarımçıq buraxdı və Allen ilə birlikdə Nyu-Meksiko da Microsoft şirkətini qurdu.

Microsoft kompyuterlər üçün program yazan ilk şirkətlərdən biridir.Şirkətin ilk müştərilərindən biri General Electric oldu.Bundan sonra şirkət Apple,Tandy və Commodore kimi böyük PC markaları ilə müqavilə imzaladı.Əlavə olaraq  FORTRAN, COBOL və Pascal programlaşdırma dillərini təkmilləşdirməklə dünya miqyaslı bir şirkət oldu.İlk satışlarını Yaponiya ilə etdi… 1979-cu ildə Microsoft 13 işçi ilə 3 milyon dollar kimi böyük bir gəlir əldə etməyə nail oldu. Kompyuterlər üçün yazılmalı olan Əməliyyat Sistemləri layihəsinin İBM tərəfindən rədd edilməsindən sonra Seattle Computer Products(SCP) şirkətindən 50.000 dollara DOS Əməliyyat Sistemini satın aldı.Bununla birlikdə DOS u hazırlayanlardan biri olan Tim Paterson u işçi heyətinə daxil etdi. Əməliyyat Sisteminin adında kiçik dəyişiklik edildi və MS-DOS oldu.MS-DOS (Microsoft Disc Operating System – Diskli Əməliyyat Sistemi) 80-ci illərdə Dünya üzərində rekord sayda satıldı: 120.000.000 ədəd.Həmin ilə görə bu çox böyük bir ədəddir.

Bu satışlardan sonra şirkət daha da böyüdü.Artıq işçi heyəti 1000 nəfər idi.Avropada Microsoft filialları tikilirdi.Qeyts işçilərə ciddi nəzarət edirdi.Hər 6 aydan bir işçilərin işlərinə baxılırdı və şirkət üçün necə olduğu qiymətləndirilirdi.Qeyts Əməliyyat Sistemi ilə birlikdə başqa programlar da hazırlayırdı.Word də belə programlardan biri idi.Word yarandığı ilk zamanlar Avropada çox satıldı amma Amerikada Lotus 1-2-3 və WordPerfect kimi rəqibləri olduğu üçün çox az satılırdı.Hal hazırda isə bu program demək olar ki rəqibsizdir.Statistikalara görə Microsoft Office paketi dünya üzərində 1 milyarddan çox kompyuterdə yüklüdür.Bu Microsfotun bu sahədəki uğurunun sübutudur… Microsftun inkşafı Apple-ın onlara verdiyi sifariş ilə sürətləndi.Apple Microsftdan Macintosh üçün Word və Excel hazırlamağı sifariş vermişdi.
1986-cı ildə sadəcə şirkətin Qeytsə aid olan hissəsi (45%) 1 milyard dollar dəyərə sahib idi.1985-ci ildə Qeyts MS-DOS u təkmilləşdirdi və Windows Əməliyyat Sistemini hazırladı.Bu sistem Microsfrun əsas uğurlu layihələrindən biri oldu və aradan 3 il keçdikdən sonra Əməliyyat Sistemi dünya lideri oldu.
Bill Qeyts dünyanın ən varlı adamlarından biridir.Onun evi 5000 m² sahəyə sahibdir.Evin içində 60 metrlik bir hovuz və altında böyük bir musiqi zalı var.Əlavə olaraq 2500 m² bir idman zalı və Da Vinci‘nin əlyazmaları var.
Bill Qeytsin evində saniyədə 230 $ qazandığı hesablanmışdır! 

 

Korrektə etdi:Günel İbadova

 

 

ŞƏRH YAZIN