Britaniyalı alimlər Azərbaycan atalar sözünü yalana çıxardılar

0
4948
Britaniyalı alimlər Azərbaycan atalar sözünü yalana çıxardılar

Britaniyalı alimlərin elmi araşdırması balacaboy azərbaycanlıların sevə-sevə təkrar etdikləri "Uzunun ağlı dabanında olar" atalar sözünü yalana çıxardı. 

 
Londonun Edinburq institunun və Aberdin universitetinin alimləri araşdırma aparıb insanın boyu ilə İQ səviyyəsinin əlaqəsini üzə çıxarıblar və bu genlərə görə cavabdehləri tapıblar. Alınan nəticələrə ucaboy insanların qısaboylulardan ağıllı olduqlarını deyir.

Alimlər 2006-2011-ci illər ərzində müxtəlif testlərdən keçmiş 7000 insanı analiz ediblər. Onların hamısı dil, reaksiya sürəti və cavab vermək qabiliyyətlərini nümayiş etdirən testlərdə iştirak ediblər. 

Nəticədə alimlər bu qənaətə gəliblər ki, hündürboylu insanların qısaboylulardan ağıllıdırlar. Həm də bu qarşılıqlı əlaqə 70% genetika ilə, 30% isə ətraf mühitin şərtləri ilə aydınlaşır. Alimlər boy və inteleqt arasındakı bağlılığı aşkar ediblər. Onlar birmənalı olaraq bu qənaətə gəliblər ki, hündür insanlar daha ağıllıdırlar.
 

ŞƏRH YAZIN