Bu Ölkələrdə Qadağandır ...

0
1925
Bu Ölkələrdə Qadağandır ...

Çili – heç nəyi əlinizlə yeməyin. Çilidə buna çox önəm verirlər.   


Xorvatiya – baş, işarət və orta barmaqlarınızla 3 rəqəmini göstərmək məsləhət deyil. Çünki belə olduğu halda xorvatlar sizi serb zənn edə bilər.   


Sinqapur – Sinqapurun qadağaları çoxsaylı və özünəməxsusdur. Sinqapurda quşlara yem atmaq, yerə tüpürmək, ictimai nəqliyyatda nəsə yemək qadağandır.   

 

Hindistan – ictimai yerlərdə öpüşməyin. Sizi buna görə həbsxanaya belə ata bilərlər. Qarşı cinslə heç bir fiziki təmasa girmək olmaz. Qucaqlaşmaq, əl-ələ tutmaq istəyirsinizsə, Hindistana getməyin.   


Fransa – burada pul haqqında danışmamağınız tövsiyə olunur. Gözləməyin ki, yerli əhali sizlə ingiliscə danışacaq. Fransada xarici dilləri öyrənmək prioritet hesab olunmadığından yerli əhalinin əksər hissəsi xarici dilləri bilmir.   

 

Yaponiya – bu ölkədə “çaypulu” qoymaq hörmətsizlik kimi qəbul edilir. Salamlaşarkən qucaqlaşmayın, yaponlar bunu sevmir. Eskalatorun düzgün tərəfində dayanın. Yapon xalqı qayda pozanları da xoşlamır.   


Meksika – burada özünüzü dominant aparmayın. Meksikalılar qonaqları sevsə də, o qədər də səbirli xalq deyillər. Meksikaya getmək qərarına gəlmisinizsə, bunu da bilməlisiniz ki, meksikalılar zarafat etməyi çox xoşlayır və zarafatda sərhəd tanımırlar.   


Yeni Zelandiya – burada kivi ilə ozzini (kiviyə bənzər meyvə) səhv salmayın, ayaqyalın gəzən adamlara təəccüblə baxmayın. Ən əsası isə Britaniya şahzadəsi və reqbi idman növü haqda zarafat etməyin.   


Türkiyə – barmaqlarınızla “okey” işarəsi göstərməyin. Bu işarə Türkiyədə təhqir kimi qəbul olunur.   


Böyük Britaniya – növbə mədəniyyətini gözləyin. Sıranı pozsanız, çox böyük ictimai qınağa səbəb ola bilərsiniz. Yerli sakinlərdən nə qədər qazandıqlarını soruşmayın. Bu, böyük kobudluq hesab olunur.   


Almaniya – nasist salamı verməyin, sizi buna görə həbs edə bilərlər. Çalışın, III Reyxdən və Adolf Hitlerdən danışmayasınız. Həddindən artıq dostcanlı davranmayın. Almanlar yeni tanışlıqlara o qədər də tez öyrəşmirlər.   

 


Keniya – din haqda mənfi heç nə danışmayın. Keniyada yerli əhalinin əksəriyyəti qatı dindardır. Səbirli olun və gecikmələrə görə heç kimə etiraz etməyin. Keniyada heç nə planlaşdırıldığı vaxtda baş vermir. 

 

Korrektə etdi: Elnarə İzel

ŞƏRH YAZIN