Bu Səhvlərə Yol Verməyin!

0
2184
Bu Səhvlərə Yol Verməyin!

Son zamanlarda xəstəliklər arasında ürək xəstəlikləri və infarktın artması təəssüf doğurur. Mütəxəssislər ürək xəstəliklərinə səbəb olan 11 faktı qeydə alıb:

1. Gec yuxudan durub, yeməyi gec yemək. Ürək sağlamlığı üçün yaxşı yuxu və dadlı səhər yeməyi şərtdir. 

2. Acmadan yemək. Metabolizmanın sürətini pozur və ürəyi yorur. 

3. Yatmazdan əvvəl yemək. Yuxuda orqanizmin dincəlməsini əngəlləyir və ürəyin yükünü artırır. 

4. Pis qidalanmaq. Sağlam qidalanmaq, sağlam ürək deməkdir. 

5. Həmişə hərəkətsiz olmaq və bədənin hərəkətsiz qalması ürək xəstəliklərinin yaranmasını sürətləndirir.

6. İdmanla məşğul olmamaq. Hər gün 30 dəqiqə gəzmək ürəyi sağlam edir. 

7. Davamlı olaraq stresə məruz qalmaq. Stress infarkta təsir edən əsas amillərdəndir. 

8. Yağlı yeməklər və kökəlmək. Kök olmaq infarktın əsas şərti deyil, ancaq yağlı bədən bu riski artırır. 

9. Aşırı alkoqol içmək. İçkini atmaq ürək xəstəlikləri riskini azaldır. 

10.Siqaret çəkmək. Sadəcə siqareti atmaq ürəyiniz üçün etdiyiniz ən yaxşı işdir. 

11.Ürəyi heç bir şikayət və ağrı olmadan ağlımıza gətirməmək. İnfarktdan uzaq olmaq üçün həkim nəzarətindən keçmək lazımdır. 

 

Korrektor:Əhmədova Sevinc

ŞƏRH YAZIN