Çətir

0
4490
Çətir

Günəşdən qorunmaq üçün yaradılsa da çətir dedikdə ilk ağıla yağış gəlir.

Çətir bizim eramızdan əvvəl XI əsrdən istifadə edilməyə başlayıb. Elə həmin vaxt çətirin yaranma tarixi hesab olunur. Onun vətəni Çin və ya Misirdir.
 
Adı çəkilən ölkələrdə çətir hakimiyyət simvolu hesab olunurdu, yalnız faraon və imperatorlar ondan istifadə edə bilirdilər. Çətirlərin hündürlüyü 1,5 metr olurdu. Əvvəllər belə bir peşə mövcud idi – çətirdaşıyan.
 
Çətir Hindistanda da sərvət və güc rəmzi hesab edilirdi. Hökmdarların 13 çətiri olurdu, bunlar günəş və 12 bürcü ifadə edirdi. Daha sonra çətirdən Qədim Yunanıstan və Romada istifadə edildi.
 
Qərbi Avropada ilk dəfə çətir XVII əsrdə Fransada yarandı. İlk günəş çətiri kətandan, qulp hissəsi isə sümükdən hazırlanırdı. İlk yağış çətirindən isə 1637-ci ildə XIII Lüdovik istifadə etdi.
 
4 may 1975-ci ildə ilk qatlanan çətir yaradıldı. İlk vaxtlar ondan günəşdən qorunmaq üçün istifadə edilirdi. İngilis Conas Henvey 1750-ci ildə ilk dəfə çətirdən yağışa qarşı istifadə edən şəxsdir.
 
Bir çox dillərdə “umbrella” kimi tanınan məşhur söz latın köklüdür. Mənası “umbra”, yəni “kölgə” deməkdir.
 
Çətiri kişi aksessuarı kimi dəbə gətirən şəxslərdən biri məşhur yazıçı Daniel Defo idi. Onun qəhrəmanı Robinzon Kruzo keçi dərisindən olan çətirə malik idi. O illər İngiltərədə çətiri “Robinzon” adlandırırdılar. 1970-ci ildə ABŞ-da Totes şirkəti tərəfindən çətirlərin satışına başlanıldı.
 
Dünyanın ən böyük çətiri İsveçdə hazırlanmışdır. Onun diametri 240 sm-dir, çətirin altında 16 nəfər dayana bilir.
 
Korrektə etdi: Hürü Mustafayeva

ŞƏRH YAZIN