Çinqiz xan dünyanı fəth etdi

0
5193
Çinqiz xan dünyanı fəth etdi

Çingizxan monqol qəbilələrini bir bayraq altında biləşdirərək, dünya tarixində ən böyük imperiya qurub.

 
XIII əsrdə Çinqiz Xan imperiyasının güclənməsi və genişlənməsinin səbəblərindən biri o zaman baş vermiş iqlim dəyişikliyilə bağlı ola bilər.
Monqolustanda qədim ağac kötüklərindəki dövr halqalarını tədqiq edən ABŞ alimləri iddia edirlər ki, Çinqiz Xanın bir sərkərdə və monqol tayfalarının lideri kimi güclənməsi və önə çıxması son 1000 il ərzində Monqolustanda müşahidə edilmiş ən mülayim hava şəraiti dövrünə təsadüf edibmiş.
 
Alimlər qeyd edir ki, quraqlıq illərindən sonra o dövrdə Monqolustanda uzun müddətə mülayim, günəşli və bol yağışlı havanın bərqərar olması ot kütləsinin gur boyüməsinə, otlaqların, çəmənliklərin kəskin dərəcədə artmasına, nəticədə isə monqolların əsas hərəkət və döyüş vasitəsi olmuş atların daha yaxşı yemlənməsinə və qüvvətlənməsinə səbəb olub.
Monqolların görkəmli hökmdarı və sərkərdəsi olmuş Çingiz Xan monqol qəbilələrini bir bayraq altında biləşdirərək, dünya tarixində ən böyük dövlət olmuş imperiya qurmuşdu.Bu imperiya Asiyadan Avropyadək uzanaraq, müasir Çin, Şimali və Cənubi Koreya, Rusiya, Şərqi Avropa, Hindistan və Cənub-Şərqi Asiya ərazilərini əhatə etmişdi.
 
ABŞ-ın Elmlər Akademiyasının jurnalında dərc edilmiş məqaləyə əsasən, Çinqiz Xanın hökmranlığı başlamazdan əvvəl Monqolustanın hava şəraiti quraqlığı ilə seçilibmiş.Lakin imperiyanın genişləndiyi 1211-1225-ci illərdə iqlim mülayimləşib, yağışlı və isti hava şəraiti bərqərar olub.
 
 

ŞƏRH YAZIN