Dahi Dostoyevski Aforizmləri

0
15938
Dahi Dostoyevski Aforizmləri

Həyatda həmişə xoşbəxt olsam, xəyalını quracaq nəyim qalar? 

Səhv adamdan səmimiyyət gözlədiyin an, qırılırsan.
 
Heç bir şeyə çaşmamaq, çox ağıllı olmanın əlamətidir deyərlər; məncə eyni ölçüdə və eyni gücdə axmaqlıq əlamətidir də. 

Gözəl bir qadın gözə, Yaxşı bir qadın ürəyə xoş görünər. "Birincisi brillant kimi, amma keçici;İkincisi xoşbəxtlik qədər həqiqidir.

Qadını ayaqda tutan, onu uçurumun dibinə qədər diyirlənməkdən qoruyaraq həyata yenidən doğulmasını təmin edən biricik qüvvət eşqdir. 

Birini tərk etməyə qərar verdiyində, o qərarın altında yatan gerçək әslində sənin çoxdan tərk edilmiş olduğundur...

Heç bir zaman doğru insan çıxmaz qarşına. Ya zaman səhvdir, ya da insan.

Düşdüyündə yanında olan deyil, qalxmağın üçün әl uzadan dostdur. Unutma, pis gündə qatqısı olmayanın, yaxşı gündə hissəsi yoxdur.

Bil ki, insanın dəyərini varlığı deyil, yoxluğu göstərər. Unutma, yoxluğu bir şey dəyişdirməyənin, varlığı gərəksizdir.

Ürək bir dəfə qırıldımı, Heç kimə aldırmaz və heç bir şeyi əhəmiyyətli hesab etməz. Bəlkə xoşbəxtliyin sonu, amma hüzurun başlanğıcıdır bu.

Nə qəribə deyilmi ? Sevdiyimiz insanın hər yalanında bir doğru, Sevmədiyimiz insanın hər doğrusunda bir yalan axtararıq.

Әslində insanı ən çox ağrıdan şey xəyal qırıqları deyil. Yaşanması mümkünkən, yaşaya bilmədiyi xoşbəxtliklərdir.

İnsanların bir-birini tanıması üçün ən yaxşı zaman, ayrılmalarına ən yaxın zamandır.

Tox olan acın halından anlamaz deyərlər; amma bəzən, ac olan da acın halından anlamır...! 

Bəzən susarsan... məğlub olmuş sanarlar səni, əskik və yaramaz. Unutma, susan bilər ki, danışdığı zaman kimsə qaldıra bilməz.

Qadınlar sözləriylə deyil, gözləriylə danışar əslində. Buna görə onları anlamaq üçün dinləmək yetməz, izləmək gərək yalnız.

Kim bilər insanların səni alçaltması bəlkə daha yaxşıdır. Beləliklə, heç olmazsa özlərini sevmək zəhmətindən qurtarırlar.

Bəzi insanlar gülüşləriylə özlərini tamamilə ələ verərlər, siz də onun bütün iç üzünü bir anda anlaya bilərsiniz. 

Hətta heç şübhə yox ki, ağıllı bir gülüş bəzən iyrənc olar, yaxşı görə bilmək üçün hər şeydən əvvəl içdən olmaq lazımdır. 

Gülüş, ruhun heç çaşmayan aynasıdır. Tək uşaqlar qüsursuz bir gülüşlə gülməsini bilərlər.

Qürurlu bir insan, ancaq özünü bilən və özünü böyük bir vasvasılıqla sorğulayıb, kiçik hesab edən insandır.
 
 
Korrektor:Əhmədova Sevinc

ŞƏRH YAZIN