Dahilərin gizlin qalan tərəfləri ...

0
4357
Dahilərin gizlin qalan tərəfləri ...

 Dahilər, adları dillər əzbəri olan insanlar var ki, çox insan onlar haqqında heç nəyi bilmir. Amma bu dəfə təqdim edəcəyimiz faktlar hər kəs üçün yeni məlumatlardır.


Makedonyalı İskəndər düz 30 000 döyüşçünü üzünə görə tanıyırdı.
 
Albert Eynşteyn məktəbdə fizikadan 2 alıb. 
 
Lyudviq Van Betxoven ömrünün sonunadək vurma-bölməni anlamayıb. 
 
N.Qonçarovu ədəbiyyat dünyasında düz 40 yaşında tanıyıblar.
 
L.Po adlı skulptor görmə qabiliyyətini itirdikdən sonra 100-dən artıq heyrətamiz iş görüb. 
 
Bəstəkar R.Vaqner not yazısını 20 yaşında öyrənib. 
 
Filosof B.Fuller: ”70 il ömür sürmüşəm.Bu təqribən 600 min saat eliyir. Onlardan 200 min saatını yatmışam, 100 min saat – yemək-içmək, sağlamlığımı bərpa etməyə gedib, 200 min saat mən oxumuşam və işləmişəm. Qalan vaxtın 60 min saatını yollarda keçirmişəm. Geridə qalan 40 saatı istrirahətə sərf eləmişəm-bu isə gündə 1,5 saat eliyir”. 
 
Məhşur orator olmazdan əvvəl Demosfen çox utancaq biri olub, hətta danışıq defekti belə olub, səsi zəif olub. 
 
Ernest Rezerford yığıncaqlar zamanı bir çox maddələrin formulalarını yaza bilmirmiş. 
İşlərinin bitirib, altından imzasını çəkəndə, Nyutonun 72 yaşı olub. 
 
Nyuton bir dəfə yumurta qaynatmaq fikrinə gəlir. Saatı götürür, vaxta baxır, az sonra isə yumurtanın əlində, saatının qazanın içində olduğunu görür.
 
Getenin ən gözəl əsərləri 50 yaşından sonra yazılıb. 
 
Amper bir dəfə evdən çıxarkən , mel ilə qapının üzərində qonaqlar onu narahat eləməsin deyə yazımışdır:”Amper müəllim evdə yoxdur”.1 saatdan sonra evə qayıdanda, qapının üstündəki yazını görüb, yenə çıxıb, gedir. 
 
Jukovskiy bir dəfə dostları ilə çox maraqlı bir gün keçirmişdi, öz qonaq otağında onlarla sohbət eləmişdi. Sonra isə qalxıb, geyinib, çıxıb getdi ki,bəs bağışdıyın ki, çox oturdum.
 
Nikolay Vasilyeviç Qoqol məktəbdəki inşaları mənasızlığı ilə seçilib
 
Lal, kar, kor Skoroxodova orta, ali təhsilini alıb, psixologiyadan desertasiyanı yazıb,kitab müəllifidir.

ŞƏRH YAZIN