Dibçək Bitkiləri Məhsuldarlığı Artırır

0
780
Dibçək Bitkiləri Məhsuldarlığı Artırır

Ofislərində bitkilər olan işçilər, olmayan işçilərə nisbətdə daha məhsuldar olur. Bu fakt alimlərin Böyük Britaniya və Hollandiyada iki ofisdə apardıqları araşdırma zamanı bəlli olub. Belə ki, araşdırma başlandıqdan üç ay sonra bitkilər qoyulmuş ofisdə əməyin məhsuldarlığı 15% artıb. 

"Bizim araşdırmamız göstərir ki, bitkilər olan ofis işçilərin həyatını yaxşılaşdırır və iş qüvvələrini artırır. Dibçəkdəki bitkilər diqqəti cəmləşdirməyə yardımçı olur. "Yaşıllıq” içində işləyənlər öz həyatlarından daha çox razıdırlar”, – araşdırmanın rəhbərlərindən biri deyib.

Digər araşdırmanın nəticələrindən bəlli olub ki, içində bitkilər olan ofisin işçiləri daha az xəstələnirlər. Bunun izahı isə bitkinin havanı filtrdən keçirməsi və keyfiyyətini yaxşılaşdırması ilə bağlıdır.
 
 
Korrektor:Əhmədova Sevinc

ŞƏRH YAZIN