Maraqlı Suallar Və Onlara Cavablar

0
25181
Maraqlı Suallar Və Onlara Cavablar

 Dil öyrənmək çox maraqlı və faydalı məşğuliyyətdir. Əgər bir dil öyrənmək qərarına gəlmisinizsə, o zaman dillərlə bağlı bilməniz gərəkənlər var.


1. Öyrənilməsi ən çətin hesab olunan dil - bask dili. Dil o qədər çətin idi ki, İDM vaxtı şifrə kimi istifadə olunurdu.
 
2. Nivx dilində 3 qədər saymaq çox çətin tapışırıqdır (Saxalinin şimal hissəsində geniş yayılıb). Niv dilində sıra sayları nəyi, yəni hansı əşyanı saymaqdan asılı olaraq dəyişir, məs: xizək, qayıq və ya balıq. Dildə saymaq üçün 26 üsuldan istifadə edilir.
 
3. Dağıstanın rəsmi dillərindən biri olan tabasaran dilində ismin 48 halı var.
 
4. Eskimoss dilində indiki zamanın 63 forması var və 252 fərqli sadə isim sonluqları mövcuddur.
 
5. Sanskrit dilində ixtisaslaşmış şəkildə tərcümələrə etmək və o dildə yazı yazmağı bacarmaq üçün dili öyrənməyə 12 il vaxt gedir.
 
6. Şimali Amerikadakı Çippeva hindu tayfasının dilində 6000 fel forması mövcuddur. Heç bir dildə bu qədər fel yoxdur.
 
7. Qaraçay-Çərkəzdə yayılmış olan abazin dili haqqında deyirlər: "Bu dilə uşaq vaxtında yiyələnmirsənsə, böyük yaşda bunu öyrənmək demək olar ki, mümkün deyil". Çox ağır fonetikası var.
 
8. Çin dilinin ən böyük lüğətindən 87 000 heroqlif var. Hər heroqlif isə ya sözdür ya heca. Ən çətini arxaik heroqlif olan se - "boş danışan"-dır, hal-hazırda istifadə olunan isə nan heroqlifidir, mənası "dolmuş burun" deməkdir.

ŞƏRH YAZIN