Dondurma, Dondurma, Dondurma ...

0
1945
Dondurma, Dondurma, Dondurma ...

 Dondurmanı çox insan sevər. Hələ ki, yay fəsli gəldisə, hər kəsin könlündən keçər. Bəs desək ki, dondurma sizin xarakterinizdən danışır? "Yox artıq!" deməyin. Çünki, dünyada ən məşhur dondurma istehsalçılarından olan “Baskin-Robbins” şirkəti insanın xarakteri ilə onun sevdiyi dondurma növü arasında əlaqəni müəyyənləşdirən tədqiqat aparıb. 


Dadbilmə və iybilmə üzrə təşkilatın yaradıcısı, doktor Alan Hirş bildirib ki, tədqiqat zamanı bir çox maraqlı nüanslar aşkarlanıb. Məsələn, aydın olub ki, rəngli şərbətə üstünlük verən insanlar bu seçimlərinin əksinə olaraq daha çox pessimistdirlər. Dondurmanın “Rocky Road” növünü sevənlər isə çox yaxşı dinləyicilərdir”.

Əgər vanilli dondurmadan ötrü ürəyiniz gedirsə, bu, çox ehtimal ki, sizin impulsiv xarakter sahibi olduğunuza dəlalət edir və sizi idealist adlandırmaq olar. Dəyişməz olaraq daim şokoladlı dondurmanı seçənlər bununla dramatizm və naz-qəmzədən məhrum olmadıqlarını göstərirlər. Kremli “Praline” dondurması insanları sevən və müdafiə edən şəxsləri, bu dondurmanın şokolad yonqarlı növü isə höcət adamları cəlb edir.

Tədqiqat ABŞ-da milli dondurma ayı elan edilən iyuldan əvvəl aparılıb. İyul ayının bu “statusu” 1984-cü ildə Prezident Ronald Reyqan tərəfindən rəsmən təsdiq edilib. Beləliklə, iyulun üçüncü bazar günü ABŞ-da milli dondurma günü elan olunub. R.Reyqan həmin bayramı təsdiq etməklə ABŞ-ın əhalisini bu günü sevinclə, layiqli mərasim və tədbirlərlə keçirməyə çağırıb. Bununla yanaşı, Prezident bildirib ki, dondurma dadlı və qidalı yeyinti məhsuludur. Ölkə əhalisinin 90 faizi dondurmanı sevir.

“Baskin-Robbins” şirkətinin nümayəndəsi Den Uiler deyib ki, milli dondurma ayı dondurmanın istənilən növündən zövq almaq üçün ideal vaxtdır. Bu il istəyirik ki, qonaqlarımız sevdikləri dondurma növünün onların haqqında nə söylədiyini öyrənməklə vaxtlarını şən keçirsinlər.

ŞƏRH YAZIN