Dünya kişilərin və qadınların gözü ilə ...

0
2290
Dünya kişilərin və qadınların gözü ilə ...

 Hər kəsin gözündə dünya bir az fərqlidir. Çünki hər birimiz dünyaya fərqli gözlərlə baxırıq. Amma ümumilikdə bütün qadınlar eyni şeyi, bütün kişilər də eyni şeyləri görür. Qısacası, qadınların vı kişilərin dünyaya baxışları fərqlidir. 


Alimlərin qənaətinə görə buna səbəb beyindir. The Daily Mail.yazır ki, alimlər nəhayət kişilərlə qadınların dünyanı fərqli görmələrinin elmi təsdiqini əldə ediblər. Beləliklə, əgər qadın və kişilərə narıncı rəng göstərilsə, kişilər zərif cinsin nümayəndələrinə nisbətən onu daha "qırmızı" yaxud otu daha "sarı" çalarda görəcəklər. 

Lakin bu təkcə rəng məsələsi ilə bitmir. Nyu-York universitetinin alimləri işıq partlayışı ilə təcrübə aparıblar. Məlum olub ki, qadınlar işıq seli arasında kisilərdən fərqli olaraq zərif sarı,
yaşıl və mavi rəng çalarlarını daha yaxşı ayırd edə bilirlər. 

Bütün bunlara baxmayaraq alimlər hesab edirlər ki, laborotoriyadan kənarda, real dünyada kişilərlə qadınların görməsində elə də əhmiyyətli fərq hiss olunmur.
 

ŞƏRH YAZIN