Dünya Ölkələrində Bunları Qətiyyən Etməyin!

0
2189
Dünya Ölkələrində Bunları Qətiyyən Etməyin!

Dünyanın bir çox ölkəsində insanlar həyatlarını qeyr-adi qadağalar çərçivəsində yaşayır.Bu qadağalar insana gülməli və qəribə gəlsə,də əslində hər birinin müyyən bir səbəbi var. Onlardan bir neçəsini təqdim edirik.
-Şimal Qütbündə yerləşən Lonqyirbyuen yaşayış məntəqəsində ölmək qadağandır.Çünki bölgədəki soyuq hava səbəbilə qəbiristanlıqdakı cəsədlər çürümür.
-Pensilvaniyada (ABŞ) hamamda mahnı oxumaq qadağandır.
-Kaliforniyada (ABŞ) otel otağında portağal soymaq qadağandır.
-Hollandiyada çay kənarında sədlər olmasa da,çay sədlərini keçmək qadağandır. 
-ABŞ-ın Vermont ştatında su altında fit çalmaq qadağandır.
-Burundi Respublikasında ictimai yerdə qaçmaq qadağandır.
-İranda kişilərin saçlarını yığması qadağandır.
-Filippində aktrisa Kler Deynsin filmləri qadağandır.Bunun səbəbi isə aktrisanın bir jurnala verdiyi müsahibəsində Filippin haqqında mənfi sözlər söyləməsidir.
-Şimali Koreyada cins geyinmək qadağandır.
-Monakoda ölkə vətəndaşlarının qumar oynaması qadağandır.Dünyanın ən böyük kazinolarına sahib olan Monako dövləti yerli xalqın bura girişinə qadağa qoyub.
-İngiltərə Parlamentinin yerləşdiyi Vestminster sarayında ölmək,intihar etmək qəti qadağandır. 
-Almaniyada magistral yolda benzin üçün belə,dayanmaq olmaz.
-Filippində "Frank Sinatra My Way" adlı mahnıya qulaq asmaq qadağandır.Çünki bu mahnını dinləyən ən az 10 filippinli intihar edib.
-Cənubi Koreyada gecə yarısından sonra onlayn oyunlar oynamaq qadağandır.
-Butan dövlətində havanı kirlətdiyi üçün siqaret çəkmək qadağandır.Konstitusiyaya görə ölkənin 60 faizi meşə olmalıdır. Bundan əlavə ölkədə plastik paketlər də qadağandır.
-Taylandda avtomobil sürərkən köynək geyinmək məcburidir.
-Almaniyada evə girən oğruya yastıqla vurmaqla bıçaqlamaq arasında heç bir fərq yoxdur. İkisində də silahla bir insana hücum olaraq qəbul edilir.
-Şotlandiya bazar günləri balıq ovlamaq və inək sahiblərinin sərxoş olması qadağandır.
-İngiltərədə qadınların ictimai nəqliyyatda şokolad yeməsi qadağandır. Bundan başqa ölkədəki bütün qu quşları kraliçaya məxsus olduğu üçün öldürülməsi qadağandır.
-Kanadanın Oşava bölgəsində ağaca dırmaşmaq qadağandır.
-Avstraliyada uşaqların siqaret satın alması qadağandır.Ancaq siqret çəkməsi sərbəstdir.Burada həm də bazar günləri çəhrayı şalvar geymək qadağandır.
-Alabamada (ABŞ) bazar günləri domino oynamaq qadağandır.Burada qatar relslərinin üzərinə duz tökmək ölüm cəzası ilə cəzalandırılır.
-Kaliforniyada (ABŞ) Sakit okean sahilində kəpənəkləri narahat etmək qadağandır.
-Floridada (ABŞ) bərbərdə qadın saç quruducusunun altında yatarsa,həmin qadın da,salon sahibi də pul cəzası ilə cəzalandırılır.
-İndianada (ABŞ) meymunların siqaret çəkməsi qadağandır.Burada teatra getməzdən 4 saat əvvəl sarımsaq yemək qadağandır.
-Pensilvaniyada (ABŞ) evlilik mərasimi əsnasında bəy və ya gəlin sərxoş olarsa,mərasim ləğv edilir.Burada soyuducunun qapısı açıq halda qarşısında yatmaq qadağandır.
-Ohayoda (ABŞ) avtomobilin benzininin bitməsi qadağandır.

 

Korrektə etdi:Günel İbadova

ŞƏRH YAZIN