Dünyanın 10 ən məşhur qulduru

0
4772
Dünyanın 10 ən məşhur qulduru

Neçə yüzilliklər bundan öncə onların adı insanlarda qorxu yaradırdı. Kapitan Flint, Con Silver, Ceyms Krük.....


Bu siyahını daha da uzatmaq olar. İndi sizi dünyanın 10 ən məşhur dəniz quldurları (pirat) ilə tanış edəcəyik:

1.  Frensis Dreyk  (1540-1596)
Frensis Dreyk yer kürəsinin ətrafına dolanan ikinci dənizçidir. 18 yaşında ikən Frensis quldur gəmisinə kapital seçilir, hansı ki, ispanların mal-dövlətini ələ keçirirdi. 1572-ci ildə o, ispanların “Gümüş karvan” gəmisini və gəmi ilə birlikdə 30.000 kg gümüş ələ keçirir. Frensis Cənubi Amerika gizli gəmi səfərlərində iştirak etmişdir və admiral rütbəsi almışdır.

2.  Henri Morgan  (1635-1688)
Bu ada hər kəs Cek Londonun “Üçlü ürək” adlı romanında rast gəlib. Henri İngiltərənin Karib hövzəsindəki müdafiəsində uğurla iştirak etmişdir. Bu köməyinə görə o, Yamayka qubernatoru onu yüksək rütbəyə layiq görmüşdü. Henri Morqanın əmisi Edvard Morqan İngiltərə şahzadəsi II Carlsın yaxın dostu olmuşdur. II Carls taxta çıxdıqdan sonra o, Edvard Morqanı Yamaykaya vali təyin etmişdir. Bu təyinatdan sonra Henri Morqan Yamaykaya gələrək Edvard Morqanın qızı ilə evlənmişdir. Bu evlilikdən sonra nüfuzunu artıran Henri dəniz səfərlərinə başlamışdır.Quldurların sevimli içkisi olan rom onun qaraciyərini məhv etmiş və o, 1688-ci ildə həyata vəda etmişdir.

3.  Cetrou Flint  (1680-1718)
Bu qəhrəman şotland yazıçısı Robert Luis Stivensonun “Xəzinələr adası” romanından məşhurlaşmışdı. O, “Morj” adlı gəminin kapitanı idi. Rəvayətlərə görə, Flint West-Indies (karib hövzəsi) adlı adada böyük xəzinə basdırmışdı. Bu xəzinənin basdırılmasında ona 6 nəfərlik “morj” heyəti kömək olmuşdur. Flint Savannada (Corciya ştatı) karvansarada vəfat etmişdir. Söylədiyi son sözlər belə idi: “Mənə rom gətirin”.

4.  Uilyam Kidd  (1645-1701)
Uilyam Kidd 1688-ci ildə Haitidə baş vermiş gəmi qəzasında sağ çıxmış yeganə insanlardan idi. Daha sonra o, ingilis-fransız piratlarına qoşulur. Şotlandiyada doğulmuş quldur Uilyam bütün sərvətini Skeletlər adasında basdırmışdır. O, 2 dəfə edam olunsa da, bunun biri baş tutmamışdır. Edam zamanı edam cihazı aşmışdır. Vəfatından sonra onun cəsədi 23 il dəmir qəfəsdə saxlanılmışdır.

5.  Qreys O `Meyl  (1530-1603)
Məşhur irland klanı Ouen O`Meylin qızı. O, kişi vicdanı və qüdrəti ilə məşhur idi. 4 uşaq anası olan O`Meyl düşmənlərlə mübarizəsini dayandırmırdı. Onun şöhrəti hətta kraliça Yelizavetanın da diqqətini çəkmişdir. Kraliça onunla iki dəfə rəsmi görüş keçirmişdir. Qreys həyatını var-dövlət içərisində Kariqauli qəsrində keçirmişdir.

6.  Olivye (Fransua) le Vasser  (1690-1730)
Fransanın ən məşhur quldur olmuşdur. Gizlətdiyi və topladığı sərvətin təxmini 240 funt sterlinq qiyməti var. Amma basdırdığı qızıl və daş-qaşların yerin naməlum qalmışdır.

7.  Uilyam Dampir  (1615-1715)
Əsas məşğuliyyətinin quldurluq olmasına baxmayaraq, onu okeanologiyanın atası hesab edirlər. O, yalnız quldurluq etmirdi, bütün səyahətini kağız üzərində təsvir edirdi. 1643-cü ildə ispanlarla münaqişədən sonra Uilyamın xasiyyəti tamamən dəyişir, zalım hökmdara çevrilir. Dampirin hazırladığı “küləklərin istiqaməti” indi də meteorologiya elmində istifadə edilir.

8.  Çjen Şi  (1785-1844)
Nə vaxta qədər ki, məşhur quldur Çjen İ ilə evli deyildi, onu “Gecə kəpənəyi” adlandırrdılar. Bu ləqəbin ona verilməsində səbəb onun avara və gecə həyatı keçirməsi idi. Evləndikdən sonra 1801-ci ildə onlar Vyetnamda vətəndaş müharibəsinin ən qızğın çağında ora yollandılar. Məşhur quldurun 1807-ci ildə fırtına zamanı vəfatından sonra Çjen Şi hökmranlığı öz əlinə keçirir. O, 2000 gəmiyə və 7000 matrosa rəhbərlik edirdi.

9.  Oruc Barbarossa  (1473-1518)
Məşhur türk qulduru, Əlcəzair hökmdarı olmuşdur. O, 16 yaşında islam dininə gəlmişdir, könüllü olaraq türk gəmisində fəaliyyət göstərirdi. Dəniz döyüşləri ilə yanaşı Orucun gəmiləri həm də müəyyən ticarət reysləri də həyata keçirirdilər. Və belə səfərlərin birində onların gəmisi rodos cəngavərlərinin gözlənilməz hücumuna məruz qaldı. Onlar bu qəfl və güclü hücuma müqavimət göstərsələr də, Oruc ağır yaralanaraq, əsir götürülür.

Türk dənizçilik tarixində önəmli bir yeri olan Cerbe adası 1513-cü ildə Oruc tərəfindən fəth edilir. Buranı özünə məkan seçən quldur bir çox xristian gəmilərini də əldə edir.

10.  Edvard Tiç  (1680-1718)
Yamayka və Karib dənizi ətrafı bölgələrdə Edvard qorxulu quldura çevrilmişdir. 1718-ci ildə onun rəhbərliyi ilə 300 insan döyüşürdü.

 

ŞƏRH YAZIN