Dünyanın Ən Gözəl Heyvanı - Atlar!

0
3944
Dünyanın Ən Gözəl Heyvanı - Atlar!

*Atlar insan səsindən onun emosiyasını anlaya bilir.

*Poni və adi atlar arasında fərq sadəcə boyların balacalığında deyil, eyni anda onlar daha ağıllı və tərsdirlər.

*Bir çox "mənasız at" qaydaları məlumdur. Məsələn, bəzi ABŞ ştatlarında subay qadınlara bazar günləri atla çapmağa qadağa qoyulub, evli kişilərə isə xanımları olmadan ata minməyə icazə verilmir. İstisna ancaq onların evliliyinin bir ildən çox olduğunda edilir.

*"Hippopotam" sözünün mənası "çay atı" deməkdir, lakin onların həyat tərzləri və görünüşləri daha çox donuza bənzəyir.

*Atların mədə borusunun ətrafındakı əzələlər o qədər güclüdür ki, onlar partlayarlar, lakin qaytarma refleksini yaşamazlar.

*Bəzi at tabunları var ki, orada sürünün başçısı madyanlar olur.

*Ana atlar öz balalarını əmizdirərkən ata atlar və ya başqa erkək atlar onları başqa heyvandan qoruyur.

*Atların musiqi zövqləri fərqlidir. Onlar daha çox həzin və şən instrumental musiqiləri sevirlər. Rok janrlı bərk musiqilərdən həyəcanlanırlar.

*Atların 2 yuxu fazası var: SWS (qısa yuxu) və REM (gözlərin hərəkəti). Onlara yatmaq üçün 4 saat kifayət edir və atlar ayaqüstə yatmağı özləri seçirlər, bununla oynaqlarına istirahət verirlər.

*Bir çox ədəbiyyatda atları gözəllik və seksuallıq rəmzi kimi adlandırırlar.

*İnduslar atları kosmosla əlaqləndirirdilər. Ağ atlar Vişnu-nun təcəssümü hesab edilirdi.

*İlahə Demetra başı at şəklində təsvir edilmişdi, yanındakı atlar isə onun övladları hesab edilirdi.

*Farslar öz atçıları ilə seçilirdilər və onların Şərqdəki idarəçiliyi ən çox bununla bağlı idi. Bu səbəbdən atlar Fars İmperiyasının status rəmzi hesab edilirdilər və yalnız aristokratlara aid ola bilərdilər.

*Bütün dünyada 160-dan çox at növü var, lakin təmizliyinə görə ən çox ərəb növünə üz tutulur.

*Atların güclü qoxu hissiyatı var, bu səbəbdən onlar qoxlamaqla insanın qəzəbli olmasını hiss edir, alkoqollu insanı daha tez tanıyır və qanın iyindən özü "dəlilik" halına gəlirlər.

*Başqa heyvanlarla müqayisədə atların gözləri daha iridir və bir-birindən asılı olmadan hərəkətlidir. Və onlar ətrafını rəngli şəkildə görə bilirlər.

*Bir çox atlar 25-30 il yaşayırlar. Qeyd edilir ki, ən uzun ömürlü at İngiltərədə 62 il yaşamış Qoca Billi adlı at olub. İnsan həyatı ilə müqayisə etdikdə Billi 174 il yaşamış olub.

*Atların dişləri çox güclü indikatordur. Onlarla atın yaşını və sağlamlığını öyrənmək olur.

*Atların əhilləşməsindən sonra bir çox ölkələrdə atları Allaha qurban kimi kəsməkdə istifadə edirdilər. Qafqaz əhalisi hal-hazırda da atlardan qurban verir.

*Avstraliyada heç vaxt arxeoloqlar atdan qalmış qalıqlar tapmayıblar. O materikə atlar XVIII əsrdə gətiriliblər.
 
Korrektə etdi: Hürü Mustafayeva

ŞƏRH YAZIN