Dünyanın ən varlı 10 ərəbi

0
4263
Dünyanın ən varlı 10 ərəbi

1) Abdullah bin Ahmad əl Gurair&ailəsi, Birləşmiş Ərəb Əmirlikləri: 3.1 milyard dollar

Birləşmiş Ərəb Əmirlikləri bankçılıq sektorunun lideri olan “Maşreq Bankı”, əl Gurair ailəsinə aiddir. Bank 1967-ci ildə onlar tərəfindən qurulub.

2) Taha Mikati, Livan: 3.5 milyard dollar
Taha Mikati qardaşı Nəcib Mikati ilə telekommunikasiya firması “Investcom”un qurucularındandır. Şirkətdəki səhmlərini 2006-cı ildə Cənubi Afrikanın MTN qrupuna satmasına qarşı fəaliyyətlərini M1 qrupu adı altında davam etdirməkdədir.

3) Nəcib Mikati, Livan: 3.5 milyard dollar
Qardaşı Taha Mikati ilə birlikdə iş həyatını davam etdirən Nəcib Mikati, eyni zamanda Livanın Baş naziridir. M1 qrupunda qardaşına kömək edən Mikati həmçinin geyim markası “Façonable”nin sahibidir. Cənub Afrikanın MTN qrupundakı səhmlərinin ümumi dəyəri 1.9 milyard dollardır.
 
4) Məcid əl Futtaim, Birləşmiş Ərəb Əmirlikləri: 3.6 milyard dollar
Ən varlı ərəb ailələrindən birinin üzvü olan Məcid əl Futtaim qardaşı Abdullah ilə birlikdə milyarder ərəblərdən biridir. Məcid əl Futtaimin sahibi olduğu şirkətlər arasında Yaxın Şərq və Afrikada fəaliyyət göstərən investisiya şirkətləri və alver mərkəzləri də var.

5) Sulaiman əl Rachi&ailəsi, Səudiyyə Ərəbistanı: 6 milyard dollar
Sulaiman əl Rachi qardaşları ilə birlikdə qurduqları dünyanın ən böyük İslam bankı “Al Rajhi”nin qurucusudur. Sadəcə Sulaiman əl Rachinin bankda 20% hissəsi var.

6) Nassef Saviris&Ailəsi, Misir: 6.5 milyard dollar
Misirin ən qədim və zəngin ailələrindən birinə mənsub olan Saviris Misirin ilk mobil telefon xidməti “Mobinil”in qurucularındandır. 2008-ci ildə Şimali Koreyanın ilk mobil telefonu şirkəti “Koryolink”i də quran Saviris, bu ölkə ilə olan əlaqələrinə görə qərb ölkələri ilə problemlər yaşayıb.

7) Mohamed əl Jaber, Səudiyyə Ərəbistanı: 7 milyard dollar
Səudiyyə Ərəbistanında doğulan və İngiltərədə təhsil alan əl Jaber sahib olduğu MBI şirkətlər qrupu ilə bütün Yaxın Şərq və Avropada sərmayələri mövcuddur. Otel zəncirləri də olan Jaberin ən tanınmış otelləri “JJW Hotels&Resorts”dur.

8) Mohammed əl Amoudi, Səudiyyə Ərəbistanı: 13.5 milyard dollar
Əl Amoudi hər bir varlı ərəb iş adamı kimi sənaye və tikinti üzərində investisiyaları ilə sərvət sahibi olub. Neft zavodları da olan əl Amoudi, Korral və Midrok adlı iki holdinqə sahibdir. Əl Amoudinin şirkətlərində dünya miqyasında 40.000 işçisi var.

9) Cozef Safra, Livan: 15.9 milyard dollar
Braziliya və Livan vətəndaşı olan Cozef Safra sözün əsl mənasında ailə imperatorluğunu idarə edir. Safranın ailəsi 1952-ci ildə Braziliyaya köç edərək Sao Paoloda Safra bankını yaradıb. Cozef Safranın təşəbbüsləri sayəsində sözügedən bank Braziliyada öz yerini tuta bilir.

10) Şahzadə əl-Valid bin Talal, Səudiyyə Ərəbistanı: 20 milyard dollar
Kingdom Holdinqin sahibi və Səudiyyə Ərəbistanın kralı Abdullahın ögey qardaşı oğlu olan Şahzadə əl-Valid bin Talal bəlkə də bu siyahının ən real adıdır. “Citibank”, “Twitter”, “AOL”, “Apple” kimi şirkətlərdə milyardlarla dollar hissəsi olan Şahzadə bin Talal dünya üzərində ən böyük şəxsi sərvətə sahib ərəb iş adamıdır.

ŞƏRH YAZIN