Dünyanın Ən Zəngin 3 Insanı

0
8274
Dünyanın Ən Zəngin 3 Insanı

79,3 milyard dollar… Az məbləğ deyil. Amma məsələ burasındadır ki, bu pul bir nəfərin bacarığı sayəsində qazanılıb. Söhbət dünyanın ən varlı şəxsi Bill Qeytsdən gedir. Məşhur “Forbes” jurnalının apardığı araşdırma nəticəsində  59 yaşlı Bill Qeyts dünyanın ən varlı insanları siyahısında ilk pillədə qərarlaşıb.
Reytinq cədvəlində ikinci yeri meksikalı milyarder Karlos Slim tutub. Onun varidatının Bill Qeytsdən bir qədər az 76,4 milyard dollar olduğu bildirilir. Onu da qeyd edək ki, Karlos Slim yalnız varidatı ilə deyil xeyriyyə əməlləri ilə də daim xəbər mövzusu olmağı bacarıb. O, il ərzində Meksika iqtisadiyyatına və təhsilinə milyonlarla pul xərcləyir.
Üçlüyü  məşhur amerikalı investor Uorren  Baffetu  tamamlayır. Savadlı idaretmə nəticəsində gəlirini günbəgün artıran Uorrenin hazırki varidatı 72,3 milyard dollar təşkil edir.

 

 

Korrektor: Əliyeva Aynur

ŞƏRH YAZIN