Ən emosional heyvan - DELFİN

0
5410
Ən emosional heyvan - DELFİN

 Türklərin yunus, bizim isə delfin adlandırdığımız canlılar barədə  nə bilirsiniz? Çox sevimli və şirin olan delfinlər əslində insan dilindən anlayırlar. Onlar haqqında bilmədiyiniz daha bir neçə faktı da sizə təqdim edirik:


* Delfinlər heç bir zaman tək yaşaya bilməzlər. Onların mürəkkəb sosial strukturları var.
 
* Delfinlər ən emosional heyvanlar sırasındadır. Onların hətta yumor hissləri də var.
 
* 32 dəniz, 4 çay delfini növü mövcuddur.
 
* Qədim Yunanıstanda delfinləri öldürmək ən böyük günahlardan biri hesab olunurdu. Yunanlar delfini "Müqəddəs balıq" adlandırırdılar.
 
* Qədim Romalıların delfinlərin ruhaları cənnətə ötürdüklərinə dair inamları vardı. Roma mumyalarının birinin əlində delfin şəkli tapılmışdır.
 
* Dənizdən çox çox uzaqda yerləşən İordaniyanın Petra şəhərində delfinlərin müxtəlif rəsimlərinə rast gəlinib.
 
* Delfinlər dişlərindən yalnız ovu tutmaq üçün istifadə edirlər. Çeynəmək üçün deyil. Onların çeynəmək üçün lazım olan çənə əzələləri yoxdur.

ŞƏRH YAZIN