Ən qəribə qadağalar hansı ölkədədir?

0
2512
Ən qəribə qadağalar hansı ölkədədir?

 Dünya ölkələrində elə qəribə qadağalar hökm sürür ki, təəccüblənməmək əldə deyil. Halbuki, o qadağalar başqa ölkələrdə olduqca normal qarşılanır.  


Məsələn, İndoneziyanın şəriət qanunları ilə idarə olunan Ace əyalətində qadınların motosikletdə kişilərin arxasında oturması qadağandır. 

Bu qadağanın səbəblərindən danışan bələdiyyə başqanı Seydi Yəhya “Qadınlar motosikletdə ayaqlarını bir-birindən ayıraraq oturmamalıdır. Çünki bu kişi sürücünü narahat edə bilər”- deyib. Bundan əvvəl də bu əyalətdə qaribə qadağalar qüvvədə olub. Qadınlara dar şalvar geyinməsi də bu qəbildəndir. 

Ərəblər belə edir...

Səudiyyə Ərəbistanında isə qadınlar hələ də səsvermədə iştirak edə bilmir. Son zamanlar bu ölkədə bələdiyyə seçkiləri zamanı bir qadının səsvermədə iştirak etmək tələbi ilə məhkəməyə müracit etməsi ilə qadağalar bir daha gündəmə gəlib. Qadınların maşın sürməsinin də qadağan olunduğu ölkədə Necla Həriri adlı qadın qadağaya etiraz etmək üçün 4 gün boyunca Ciddə küçələrində maşın sürmüşdü. Bu ölkədə həmçinin, qadınların kişilərin icazəsi olmadan xarıcə səfər etmələri də qadağan edilib. Hətta qadınlar xarici ölkəyə səfər etdikləri zaman onların yaxınları olan kişilərin mobil telefonuna mesaj göndərilir. 

Gənc qız hara, mobil telefon hara?

Yerigəlmişkən, Hindistanın Sunderbari kəndində qadınların mobil telefondan istifadəsi qadağan edilib. Kənd rəhbərlərinin qərarına görə, telefondan istifadə edilən gənc qızlara 10 min rupi, evli qadınlara 2 min rupi cərimə tətbiq edilir. 

Ramazanda siqaret olmaz

Əlcəzairdə isə Ramazan ayında siqaret çəkmək qadağandır. Hətta Livanın tanınmış xristian müğənnilərindən biri olan Yara Əlcəzairdə olarkən mindiyi taksidə siqaret çəkdiyinə görə polis bölməsinə aparılıb. 

Banana qadağa!

Misirdə isə bir din xadimi qadınların banan, yerkökü kimi tərəvəzlərə toxunmasını qadağan edib. Misirli Şeyx bunun səbəbini həmin tərəvəzlərin qadınlarda cinsi həvəs yaratması ilə əlaqələndirib.

Somalidə isə göyərti, pendir və ətdən hazırlanan bir yemək qadağan olunub. Səbəb isə bu yeməyin xristian simvollarına bənzəməsidir. 

Qadağalar deyəndə yada düşən ilk ölkə

Qadağalar deyəndə ilk olaraq İran yada düşür. Ötən günlərdə İran parlamenti azan zamanı təyyarələrin uçmasını qadağan edən qanun qəbul edib. Amma İranda qadağalar bununla bitmir. Burada qadınların üst geyimi olmadan dar şalvar geyinməsi, kişilərin kosmetikadan istifadəsi, it saxlamaq və iti gəzdirmək, qadınların futbol matçlarını izləmək üçün stadionlara getməsi də qadağalar sırasındadır. Bu ölkədə hətta “Google”a girmək, “Gmail” ya da “Hotmail”də elektron poçt ünvanı açmaq yasaqlanıb. İslam respublikasında “The Simpsons” cizgi filmi və “Barbi” gəlincikləri də yasaq edilib. 

Zarafat qadağası

Çin də qadağaların qüvvədə olduğu ölkələrdəndir. Bu ölkədə xüsusilə qərbin sosial şəbəkələrindən istifadə qadağan edilib. Buna görə də çinlilərin öz “Twitter”i və öz “Facebook”u var. Çində hətta xarici serialların bənzərlərini çəkmək, tarixi seriallarda zarafat etmək, ailədaxili zorakılığa filmlərdə geniş yer vermək yasaq edilib.

ŞƏRH YAZIN