Ən Qocaman Cərrahın Həyat Prinsipləri

0
2191
Ən Qocaman Cərrahın Həyat Prinsipləri

Fyodor Qriqoryeviç Uqlov kimdir? Əvvəl onunla tanış olaq. Görkəmli cərrah, dünyanın vətən torakal və ürək-damar cərrahiyyəsinin banilərindən biridir. O, hətta dünya tibb tarixində ən qocaman cərrah kimi Ginnesin "Rekordlar kitabı"na düşüb. Fyodor Qriqoryeviç 6500 əməliyyat edib. Şərəfli həyat yolu və onun fədakar əməyi heyranlıq doğurmaya bilməz, onun kitabının elə ilk səhifəsi oxucunun diqqətini öz xeyirxahlığı və səmimiyyəti ilə çəkib. Qeyri-adi dözümü və daimi elmi axtarışları isə minlərlə insanın həyatını xilas edib. Onun həyat prinsiplərinə nəzər yetirin.
1) Vətənini sev və onu qoru. Kökü məlum olmayanlar çox yaşamır.
2) İşini sev. Fiziki işi də həmçinin.
3) Özünü idarə etməyi bacar. Heç bir halda ruhdan düşmə.
4) Nə spirtli içki, nə də siqaretlə zəhərlənmə, yoxsa bütün digər tövsiyələr faydasız olacaq.
5) Ailəni sev. Onu müdafiə etməyi bacar.
6) Nəyin bahasına olursa-olsun öz normal çəkini saxla. Çox yemə!
7) Yolda ehtiyatlı ol. Bu gün bir həyat üçün ən təhlükəli yerdir.
8) Həkimə vaxtında getməkdən qorxma.
9) Uşaqlarını sağlamlığı pozan musiqilərdən qoru.
10) Əmək və istirahət rejimi sizin öz bədəninizin əsas işidir. Bədəninizi sevin, ona mərhəmət göstərin.
11) Fərdi ölümsüzlük əlçatmazdır, lakin həyatının uzun olması sənin özündən asılıdır.
12) Yaxşılıq et. Pislik, təəssüf ki, öz-özünə yaranacaqdır.

 

 

Korrektor: Əliyeva Aynur

ŞƏRH YAZIN