Energetik içkilərin sirri

0
12396
Energetik içkilərin sirri

 Energetik içkilər bu gün mağazalrda ən çox satılanlar arasında yer alır. Tələbatın çox olduğunu görən sahibkarlar hər gün yeni yeni məhsullarla bazara çıxır. Bəs insanların tələbatları sırasında yer tutan bu içkilər nəyə qulluq edir, nədən hazırlanır və daha da bilmədiyiniz tərəflərini bizdən öyrənəcəksiniz.


1. Bütün "energetiklər"-in tərkibində kofein vardır.

2. Energetiklərin təsiri qəhvədən fərqli olaraq 3-4 saat sürür.

3. Bütün energetiklər 2 növə ayrılır: 1- kofeini çox olan; 2- vitamin və karbohidrogeni çox olan.

4. Kofeini çox olan içkilər içləyən və tələbə insanlar üçün daha yaxşıdır, hansılar ki gecə yatmadan çalışmalı olurlar. Vitamin və karbohidrogeni çox olan içkilər isə gününü əyləncə, idman ilə keçirmək istəyənlər üçün məsləhətlidir.

5. Energetiklərin bir çoxunun tərkibində az tapılan B qrup vitamini vardır.

6. Yorğunluq və yuxusuzluq neyromediatorların azlığı nəticəsində baş verir. Energetiklərin tərkibində olan amin turşuları bu çatışmamazlığı aradan qaldırır.

7. Adi qəhvə içməkdənsə quarana tərkibli içki içmək daha yaxşıdır, çünki qəhvə mədənin selikli qişasını qıcıqlandırır.

8. Energetiklərin tərkibindəki vitaminlər multivitamin kompleksini əvəz edə bilməz.

9. Energetiklər hamilə qadınlara, uşaqlara və ürək xəstəliyi olan insanlara olmaz.

10. Enerqotonikləri spirtli içkilərlə qatmaq məsləhət deyil. Kofein və alkoqol antipoddurlar: birinci gumrahlandırır, ikinci yumşaldır. Eyni anda kofein spirtin beyinə təsirini gücləndirir.

11. Energetiklərin tərkibinə karnitin aiddir. Bu molekula orqanizmdəki yağ turşularının tez oksidləşməsinə təsir edir. Karnitin maddələr mübadiləsini yaxşılaşdırır, əzələlərin yorğunluğunu aradan qaldırır.

12. Energetiklərin tərkibində eyniylıə taurin maddəsi vardır. Son zamanlar onun orqanizmə heç bir təsiri olmadığını iddia edirlər. Əksinə daha çox pişiklərə təsir edir bu molekula.

13. Quarana və jenşen - bu iki bitki də energetikin tərkibinə aiddir. Tonikləşdirici təsirə malikdirlər.

14. Energetiklərin tərkibinə qeyri-adi ada malik İnozit maddəsi də daxildir. Sonra məlum oldu ki, inozit sadəcə spirtlərin bir növü imiş. Bu maddənin qaraciyərə təsir etdiyi qəbul edildi.

15. Kofeinin sutkalıq dozasını aşmaq məsləhət deyildir, bu isə 2 banka energetik edir.

16. 2 bankadan artıq energetik qəbul etdikdə artıq əks təsir etməyə başlayır. Orqanizmin bütün resursları istifadə edilmiş olur.

17. Energetiklərin təsiri bitdikdən sonra orqanizm istirahət etməlidir ki, itirdiyi resursları geri qazansın.

18. İdman etdikdən sonra içmək məsləhət deyil, təzyiqi qaldırır. Damarlarınız tab gətirmiyə bilir.

19. Ölümcül doza- 10 qr kofein, bu isə 150 banka içki edir.

20. Unutmayın, enerji içkiləri içməklə insan özü özünü aldadır. Onlar həqiqətən insanı gumrahlandırır, lakin bu süni gumrahlıqdır. Yox əgər onları içməyi sevirsinizsə, onda onun haqda məlumatlanaraq için.

ŞƏRH YAZIN