Fərdi İnkişaf Məsəlləri.

0
3692
Fərdi İnkişaf Məsəlləri.

"Kifayət qədər vaxtım yoxdur" demə… Paster, Mikelancelo, Leonardo Da Vinçi və Albert Eynşteynin də günləri iyirmi dörd saat idi." H. Cekson Braun

"Zənginlik, istifadə ediləcək bir silahdır amma, əsla sitayiş ediləcək bir məbud ola bilməz." Kelvin Koleric

"Xoşbəxt olmaq istəyirsənsə bir məqsədə bağlan, insanlara ya da əşyalara deyil." Albert Eynşteyn

"İyirmi yaşında yaraşıqlı, otuz yaşında güclü, qırx yaşında zəngin, əlli yaşında ağıllı olmayan insan heç bir zaman yaraşıqlı, güclü, zəngin və ağıllı ola bilməz." Herbert Spenser

"Həyatda ən böyük əyləncə, başqasının "edə bilməzsən" dediyini etməkdir." Valter Baqehon

"Fikir sahibi olmağa mal sahibi olmaqdan çox ehtiyac duyacağımız gün həqiqi zənginliyin sirrini tapacağıq." Peyami Səfa

"İşləriniz yaxşı gedirsə təhsil xərclərinizi iki qat artırın, işləriniz pis gedirsə dörd qat." Peters

"Hər şeyin açarı səbirdir. Cücəni, yumurtaları kürt yatırdaraq əldə edərsiniz, qıraraq deyil." Arnold Klasou

"Dünyada dəyişiklik etməyə müvəffəq olanlar, dəyişikliyə özlərindən başlayanlardır." Bernard Şou

"Bəzi yıxılmalar, daha parlaq cəhdlərin təşviqatçısıdır." V.Şekspir

"Kim qazanmazsa bu dünyada bir əkmək parası, dostunun üz qarası, düşməninin masxarası." M. Akif Ərsoy

"Doğumu həyata keçirən hər şey dişidir. Qadınların əzəldən bəri bildiyi kainatın tarazlığını kişilər də anlamağa başladıqları zaman, dünya daha yaxşı bir dünya olmaq üzrə dəyişməyə başlamış olacaq." Mohouk Qəbiləsi

"Bir insana yaxşılıq etmək istəsən, ona balıq vermə! Balıq tutmasını öyrət." Çin Atalar sözü

"Müvəffəqiyyətin gerçək ölçüsü nələrə sahib olduğun deyil, nələrdən imtina edə bildiyindir." Jackson Brown

"İşindən nə qədər zövq alırsansa, qazancın da o qədər çox olacaq." Mark Tven

ŞƏRH YAZIN