Fərq Yaradan Qadın Tipləri

0
2138
Fərq Yaradan Qadın Tipləri

Bilirdinizmi,qadınların 27 fərqli tipi var? İngilis alimlərinin apardığı kiçik bir təcrübə ilə, 27 fərqli qadın tipinin olduğu aşkarlanıb. Bu səbəbdən də qadınları anlamağın niyə daha çətin olduğunu başa düşüblər.

Super qadın: Karieraları çox əhəmiyyətlidir. Hər vaxt stress altında olmalarına baxmayaraq hər işin altından müvəffəqiyyətlə qalxarlar. Görünüşlərinə çox əhəmiyyət verərlər.

İntellektual: Çantasında kitabla gəzər. Hər mövzuda məlumata malikdir.

Qısqanc: Sevgilisini və hətta dostlarını hər kəsdən qısqanar.

Dieta asılısı: Bütün həyatı kalori və diyeta hesabı ilə keçər. Kilo almaq xaricində heç bir şeyi əhəmiyyət verməz.

Dominant: Davamlı ''müdir mənəm'' havası əsdirər. Ona görə bir qadın əsla özünü əzdirməməlidir.

Təbiətcə ana: Çörəyini belə özü etmə səyindədir.

Ayran könüllü: Köynək dəyişdirər kimi,kişi yoldaş dəyişdirər. Həyatında uzun davamlı dostluqlara da qətiliklə yer yoxdur.

Heyvansevər: Zamanının böyük hissəsini pişik və it kimi canlılara ayırar.

Yumorist: Davamlı zarafat edər ya da etməyə çalışar. Qarşısındakını hər vaxt güldürər.

Asılı: İçki və siqaret istifadə edər. İctimai əlaqələri çox zəifdir.

Kitab qurdu: Yeni çıxan hər kitabı oxuyan bu qadın tipi, hər vaxt gözəlliyiylə də diqqət çəkər.

Anaçı: Ailəsi və uşaqları hər şeydən qabaqda gəlir.
 
Balıq ətli: Yüngül toplu olmasına baxmayaraq davamlı bədənini qucaqlayan paltarlar geyər.
 
Kişiyə xas: Asan-asan heç bir şeyə qırılmaz. Heç bir sözün altında qalmaz. Ümumiyyətlə futbola getməkdən böyük zövq alar.

Yardımsevər: Dostluq əlaqələri möhkəm olan bu qadın tipi romantik və həssas quruluşuyla da diqqət çəkər.
 
İdman: İdman salonundan çıxmaz. Hər vaxt cins və idman ayaqqabı ilə boy göstərər.
 
Nümayiş maraqlısı: Girdiyi mühitdə hər sözə qarışarlar və paltara pul xərcləməkdən əsla çəkinməzlər.
 
Üsyankar: Cəmiyyətə ziddlik onun üçün ən böyük zövqdür.

Evdar qadın: Evdə oturarlar. Ümumiyyətlə çox yaxşı yemək edərlər.

Ətrafçı: Vegetaryan olan bu tip qadınlar üçün dəniz və meşə sevgisi çox əhəmiyyətlidir.

Yeni ana: Körpəsinin inkişafını davamlı izləyər və hər yerdə körpəsindən bəhs edər.

Qonşu qızı: Əyləncəyə düşkün olan bu tip qadınlar çox simpatikdir.

Təmkinli: Həyatlarında riskə əsla yer yoxdur. Hər vaxt qaydaçıdırlar.

Afrodit: Fizikaları ilə ürək hoplatan bu qadınların saçlarını əsla dağınıq görə bilməzsiniz.

Çalışqan: Bütün həyatı işinə mərkəzlidir.

Soyuq: Az gülən qadınlar, içə qapalıdır.

Manikencik: Son moda paltar geyərlər.
 
 
 
Korrektor:Əhmədova Sevinc

ŞƏRH YAZIN