Gecikmək Istəmirsinizsə ...

0
1211
Gecikmək Istəmirsinizsə ...

Bəzən özümüzdən asılı olan və olmayan səbəblərdən gecikməli oluruq. Bəzən avtomobil xarab olur, bəzən tıxac, bəzən yatıb qalır və bu səbəblərdən vaxtında təyin olunan yerdə ola bilmirik. Bəziləri öz iradələrindən asılı olmadan, hər hansı bir hadisə nəticəsində gecikdikləri halda, bəziləri üçün bu artıq həyat tərzidir. Əslində problem bu həyat tərzinin işə, dərsə, münasibətlərimizə bağlılıq hissi göstərən cəmiyyətdə böyük şübhə ilə qiymətləndirilməsidir.

Əgər xroniki gecikmə həyatınıza ciddi şəkildə təsir edir və sizin həyat yolunuzu müəyyən edirsə, siz iş təklifləri, böyük imkanlar, dəyərli dostluqlar və daha bir neçə şeyi əldən verəcəksiniz. Aşağıdakı tövsiyyələr sizə bu daimi vərdişin psixoloji aspektlərini aşkara çıxarmaq və ondan yaxa qurtarmaq üçün kömək olacaqdır.
 
Gecikmə müxtəlif psixoloji problemlərin göstəricisidir. Keith Ablow daimi gecikmənin mümkün səbəblərini göstərmişdir.
 
1. Narahatlıqdan boyun qaçırmaq

2. Ətrafındakı insanlardan hörmət görmək

3. Onların sevgisindən əmin olmaq

Bu düşüncələrədn azad olmaq üçün aşağıdakı sualları cavablandırın:

1. Bacarmama, lazımı həll yollarını tapa bilməmə qorxusu sizdə stress yaradırmı? Bu səbəbdən mi mühüm məsələləriniz gec həll edir və insanlarla vaxtlı-vaxtında görüşmürüz?

2. İnsanların sizi gözləməsi və vaxtlarını sizin üçün sərf etməsi onların sevgisindən əmin olmaq üçün çıxış yoludurmu?

3. Əminsinizmi ki, planlaşdırmadan və vaxt təyin etmədən hər bir şeyin öhdəsindən gələ bilərsiniz?

— Əgər gecikməni insanların sizə sevgisi və sədaqəti kimi qiymətləndirdinizsə, deməli sizdə özünə sevgi yoxdur. Bir müddət sonra onlar artıq sizi gözləməyəcək. Özünə sevgini və özünə hörməti artırmaqla bütün bu problemlərdən azad ola bilərsiniz.

— Hər zaman optimist ol, amma gecikməyə səbəb olacaq gözlənilməz vəziyyətlərə qarşı həmişə A, B hətta C planı tərtib et.

— Görüşlər və tapşırıqlar arasındakı vaxtı düzgün müəyyənləşdir. Bir çox siyasətçilər və kino ulduzları rəhbərləri və məsləhətçiləri olmasına baxmayaraq, hər birinin cədvəli vardır. Odur ki, ideal insan olmağa çalışmayın, bu sizin üçün böyük zərbə ola bilər.

— Hər zaman özünüzə söyləyin: mən dəqiq insanam, həyatımda heç bir şeyi təxirə salmıram, plan üzrə hərəkət edirəm və sakit insanam.
 
Korrektor: Abdullazadə Sevinc

ŞƏRH YAZIN