Göyərçin və qarğaların bilinməyən özəlliyi ...

0
2675
Göyərçin və qarğaların bilinməyən özəlliyi ...

 Sən demə göyərçinlər insanları üzdən tanıya bilirmiş. İngiltərənin Lincoln və Avstriyanın Viana Universitetindəki heyvan davranışı ekspertləri bu qənaətə gəliblər. Onlar iki ayrı araşdırma ilə göyərçinləri və qarğaları araşdırdı. Araşdırma nəticəsində, göyərçinlərin insanların üz xüsusiyyətlərini araşdıraraq, tanış və tanış olmayan üzləri ayırd edə bildikləri aydın oldu.


Avian Biology Research jurnalında yer alan araşdırmaya görə, araşdırma qrupu, göyərçinlərə fotoşəkillər göstərərək tanıdıqları və tanımadıqları cisimlər arasındakı fərqlilikləri anlaya bildiklərini fərq etdi.

Göyərçinlərə, obyektlərin ardından insan üzlərinə aid fotoşəkillər göstərildi. Fotoşəkillərdən biri, quşları öyrədən kəslərdən birinə aidkən, digəri əvvəldən görmədikləri birinə aid idi. Təlimçinin maraqlandığı quşların yer aldığı ilk qrup göstərilən üzü tanıyarkən, əvvəldən təlim almamış ikinci qrup üzü tanımadı. Beləcə, göyərçinlərin üz xüsusiyyətlərini təsbit etdikləri insanları digərlərindən ayıra bildikləri ortaya çıxdı.

"KİM OLDUQLARINI BİLİRLƏR"

Lincoln Universitetindən araşdırmaya qatılan Anna Wilkinson, "Göyərçinlərin sahib olduğu inkişaf etmiş qəbul qabiliyyəti, onların insanları tanımaqla qalmadıqlarını, eyni zamanda kim olduqlarını da bildiklərinə də işarə etdi. Bu həyatda qalmalarında əhəmiyyətli bir xüsusiyyət olaraq ortaya çıxır" dedi.

Qarğalar üzərində keçmişdə edilən bir araşdırmada, bu quşların öz növləri arasında daha yaxın olduqları quşların səslərini daha yaxşı ayırd edə bildiyi aydın olmuşdu.

ŞƏRH YAZIN