Gözbəbəkləri arasındakı fərq ...

0
1958
Gözbəbəkləri arasındakı fərq ...

 Bir qadın və bir kişinin göz bəbəklərinə baxsanız, qadında göz bəbəklərinin daha böyük olduğuna şahid olarsınız. 379 yetkinin gözlərini araşdıran İspan alimləri bu qənaətə gəliblər.


Valencia Universitetindən Juan Alberto Sanchis-Gimeno tərəfindən idarə olunan araşdırma, Surgical and Radiologic Anatomy jurnalında nümayiş olundu.
 
Daha böyük göz bəbəyi fizioloji baxımdan işığın qüvvətinə qarşı daha böyük həssaslıq mənasını verir. 
 
Hər nə qədər iki cinsiyyət arasındakı fərq üçün qəti bir söz deyilməmiş olsa da Avstriyalı təkamül biyoloqu Hannes Paulus, hadisəni körpələrin gözləriylə müqayisə edərək çalışır.

Böyük tünd rəngli gözlər yalnız bəbəkləri deyil qadınları da daha cazibədar göstərir.
 
Kosmetika bu vəziyyətdən faydalanır onsuz da, amma aydındır ki, təbiət bu mövzunu daha əvvəl düşünmüş deyir Paulus. 
 
İspan araşdırmaçılar növünün ilk en-vivo araşdırmasında döyənəkli təbəqənin topografiyasından və döyənəkli təbəqənin , əyrilik dərəcələrini və yüksəklik məlumatlarını göstərən yeni bir ölçü üsulundan faydalanmışlar. 
 
Həmçinin araşdırılan insanların göz bəbəkləri də ölçülüb.

Hər nə qədər araşdırılan parametrlər arasında çox böyük fərqlər olmamasına baxmayaraq, normal görən qadınların kişilərlə müqayisədə daha böyük gözbəbəklərinə sahib olduqlarını görünüb. 
 
Gözbəbəyi, açılıb bağlana bilən bir açıqlıq olaraq gözə düşən işıq miqdarını nizamlayan qara nöqtədir.
 
İşıq gözə çatdıqdan sonra qırılaraq retinaya düşür.

Burada isə fotoreseptor hüceyrələri tərəfindən sinirlərə çevrilib göz siniri üzərindən beynə çatdırılır.
İnsanın gözbəbəyi diametri üç ilə dörd yarım millimetr arasında dəyişir. 
 
Ancaq qaranlıqda beş-doqquz millimetrə qədər böyüyə bilir. 
 
Gözbəbəyinin böyüklüyü, gözbəbəyini qısan və açan olmaq üzrə iki əzələ tərəfindən nizamlanar.

ŞƏRH YAZIN