Günəş altında qalın!

0
2281
Günəş altında qalın!

 Fikir vermisinizsə, pişiklər və itlər güşə şüası düşən yerdə uzanmağı çox sevirlər. Ola bilsin pişiklər və itlər günəş enerjisi haqqında elə biliklərə malikdirlər ki, bizim bundan xəbərimiz yoxdu. Onlar yerlərini elə seçirlər ki, daim günəş altında qalmış olsunlar. Sanki instinktləri onlara heyvanları qızdırmaqla yanaşı, həm də dincəldən günəş şüalarının faydasından xəbər verir.


Günəş süaları sinir sistemimizə müsbət təsir göstərir. Günəş süalarının təsiri nəticəsindən bir çox insanlarda əhval-ruhiyyə yüksəlir. Gününüzü yaxşı keçirmək istəyirsinizsə, yuxudan tez durun və günəşin çıxmasını müşahidə edin. Qaranlığın get-gedə qeybə çəkilməsini və günəşin doğmasını müşahidə etməkdən gözəl heç nə ola bilməz. Bu həyəcanlı ruhi vəziyyətdir. Çox güman ki, günəş süalarının təsiri nəticəsində beynin ifraz etdiyi endorfinin miqdarı artır və bu da xoş əhval-ruhiyyənin yaranmasına səbəb olur.

Gün işığının süalarını əzələləri boşaldır, eyni zamanda da əzələ tonusunu artırır.

Günəş şüalarının ürək qan-damar sisteminə təsiri fiziki məşqlər qədər əhəmiyyətlidir. Fiziki məşğələlər kimi günəş şüaları da sakit vəziyyətdə nəbzin tezliyini azaldır. O, ürəyin dəqiqəlik həcmini çoxaltmaq hesabına ürək əzələsinin fəaliyyətini daha da artırır. O, qan təzyiqini normaya salmaq qabiliyyətinə malikdir. Əgər təzyiqiniz aşağıdırsa, günəş şüalarının təsiri onu normaya qədər yüksəldə bilər. Hepertoniya günəş şüaları həm sistolik, həm də diastolik təziqi aşağı salır. Orqanizm özünü müxtəlif yollarla müdafiə edir. Dərinin və selikli qişaların yaratdığı mexaniki sədlər bu işdə böyük əhəmiyyət kəsb edir. Günəş süaları bağırsaq sistemini normallaşdırır. 

Hər birinizə günəş süalarından faydalanmağı və sağlam həyat yaşamağı arzulayıram..

ŞƏRH YAZIN