Heç bilirdinizmi ...???

0
4525
Heç bilirdinizmi ...???

 Bəzi məlumatlar var ki, eşidincə siz də təəccüblənəcəksiniz. Məsələn, heç bilirdinizmi hörümçək toru poladdan da möhkəmdir? Təbii ki, çox insan yox. Bu fakt araşdırmaların birində öz əksini tapıbmış. Digər daha maraqlı məlumatlara da nəzər salaq ki, öyənək.


2. Arının 2 qarnı var, biri bal üçün, biri də yemək üçün.
 
3. Avtomobil sayı insan sayından 3 qat daha çox sürətlə artır.
 
4. Eyfel qülləsinin təpəsinə çıxana qədər 1792 pilləkən qət etməlisən.
 
5. 18 fevral 1979-cu ildə Sahara səhrasına ilk və son dəfə qar yağmışdı.
 
6. Gözüaçıq vəziyyətdə asqırmaq mümkün deyil.
 
7. Qarışqa iki həftə su altında yaşaya bilir. Canlılar içərisində ən böyük beyinə qarışqa malikdir.
 
8. İnsanın çanaq sümüyü betondan daha möhkəmdir.
 
9. Uşaqlar dünyaya diz qapağı olmadan gəlirlər.
 
10. Qayçını Leonardo Da Vinçi ixtira edib.
 
11. On (10) dəqiqə ərzində tufandan ayrılan enerji dünyanın bütün nüvə silahlarından ayrıla bilən enerjiyə bərabərdir.
 
12. Livan Yaxın Şərqdə ərazisində səhra olmayan yeganə dövlətdir. 
 
13. Venera planeti yeganə planetdir ki, saat əqrəbinin əksi istiqamətində dövr edir
 
14. Bir ildə 31 557 600 saniyə var
 
15. Bayquş mavi rəngi görə bilən tək quşdur.
 
16. Hər kəs tərəfindən tanınan məşhur “Mersedes Benz” avtomobil markasının ilk adı bu markanın yaradıcısının - Daymler Bensin adı ilə adlandırılır. Sonradan bu avtomobil markasının adının Daymler Bens yox, Mersedes Bens (Benz) olması Daymler Bensin qızı - Mersedesin adı ilə əlaqədar idi.
 
17. Xorvatiya dağlarında dünyada ən dərin vertikal uçurumu olan mağara aşkar olunub. Mağaranın dərinliyi 518 m, uçurumun dərinliyi isə 448 m-dir.
 
18. Delfinlər bir gözlərini açıq qoyaraq yatır.
 
19. Albert Einştein doqquz yaşına qədər düzgün danışa bilməmişdi. 
 
20. Amerikada hər saat 40 nəfər xərçəng xəstəliyindən vəfat edir. 
 
21. Prezident Con F. Kennedy, iyirmi dəqiqədə 4 qəzet oxuya bilirdi. 
 
21. Bir şüşə qırıldıqda parçaları 4800 km/saat sürətilə ətrafa saçılır.
 
22.Bir kiloqram limonda bir kiloqram çiyələkdən daha çox şəkər var.
 
23. İl ərzində bir dəfə də olsun insan doğulmayan yeganə ölkə Vatikandır.
 
24. Dünya futbol çempionatının bütün yarışlarında iştirak edən yeganə dövlət Braziliyadır.
 
25. Dovşanlar gözləri açıq yatırlar.
 
26. Xeops ehramının plitələri arasından ülgüc də keçirtmək mümkün deyil.
 
27. Argentina və Peruda barmaqla gicgahı burmaq jesti "Mən fikirləşirəm" mənasını verir. Digər ölkələrdə isə bu jest "səfeh" anlamını daşıyır. 
 
28. İkinci dünya müharibəsi zamanı qənaət məqsədilə "Oskar"ları metaldan deyil, taxtadan hazırlayırdılar. 
 
29. Cənub-Şərqi Asiyada ən böyük dövlət, paytaxtı Cakarta olan İndoneziya – dünyada ən böyük arxipelaqdır. Rəsmi statistikaya görə İndoneziya arxipelaqında 17 804 ada var. 
 
30. Bethovenin beşinci simfoniyasi trambondan istifade olunun ilk musiqi əsəri olmuşdu. 
 
31. Yunan ədəbiyyatının qalan abidələrinin ən qədimi olan Homerin "İlliada"sı 15700 sətirdən ibarətdir.
 
32. Bu gün 5 qəpiyə satılan diyircəkli qələmlər ilk dəfə 1945-ci ildə satışa çıxarılmışdı və hər birinin qiyməti 12 dollar idi. 
 
33. Karib adalarının yalnız 1%-i yaşamaq üçün yararlıdır. 
 
34. Kinomatoqrafiya tarixində ən ucuz film 1903-cu ildə çəkilən "Qatarın oğurlanması" hesab olunur. Bu filmin ərsəyə gəlməsinə 100$ pul xərclənmişdi, gətirdiyi gəlir isə 20.000$ olmuşdu.
 
35. Dünyadakı ən böyük muzey Amerika Təbii Tarix Muzeyidir. 
 
36. Uşaqlar baharda daha çox böyüyür. 
 
37. Dəyərli daşların çoxu bir neçə elementdən ibarətdir. Sadəcə brilyant tamamən karbondan təşkil olunmuşdur.

ŞƏRH YAZIN