İlk Kitab 14,2 Milyon Dollara Satıldı

0
2009
İlk Kitab 14,2 Milyon Dollara Satıldı

ABŞ-da çap edilən ilk kitab “Bay Psalm Book” auksiona çıxarılıb. Nyu-Yorkda baş tutan auksionda 1640-cı ildə çap edilən bu kitab maliyyəçi Devid Rubenşteyn tərəfindən alınıb. Məlumat üçün bildirək ki, bu günə qədər sadəcə 11 nüsxəsi qorunan bu əsər Massaçusets Koloniyasının Pürietn liderləri tərəfindən Kembricdə çap edilib. Kitabda müxtəlif dini mətnlər yer alıb. Qeyd edək ki, ən bahalı kitab ünvanı isə 1994-cü ildə 30,8 milyon dollara satılan Leonardo da Vincinin əlyazmalarına aiddir. 

 
 

Korrektor: Əliyeva Aynur

ŞƏRH YAZIN