İngiltərənin Bilmədiyiniz Tərəfləri

0
1748
İngiltərənin Bilmədiyiniz Tərəfləri

İngiltərənin demək olar ki, özünün mətbəxi yoxdur. Daha doğrusu ingilis mətbəxi kifayət qədər bəsit və dadsızdır. Yəqin ki, Avropanın ən dadsız mətbəxidir.

Mətbəxinin dadsız olmağına baxmayaraq, Avropada ən yüksək piylənmə göstəricisi İngiltərəyə məxsusdur.

İngilislər həddindən artıq çox çay içirlər və hətta bu ünsiyyət zamanı bir mədəni adətə çevrilmişdir. Onlar adətən paket çaylardan istifadə edirlər.

İngiltərədə məktəbli forması hamı üçün mütləqdir. Dövlət məktəblərinin əksəriyyətində forma eyni, özəl məktəblərdə isə fərqlidir. Məktəblilərin davamiyyətsizliyinə görə valideynlər cinayət məsuliyyətinə cəlb edilə bilərlər. Uşaqlar 5 yaşından etibarən məktəbə gedir və icbari təhsil 16 yaşa qədər davam edir. Universitetə daxil olmaq, 2 il də əlavə təhsil almaq lazımdır.

Cismani cəzalar dövlət məktəblərində 1987-ci ildə, özəl məktəblərdə isə 1999-cu ildə ləğv edilmişdi. Şotlandiya və İrlandiyada isə bu tarixlərdən də gec ləğv edilib.

İngiltərədə qışda çox nadir hallarda qar yağır. Əgər burada bir santimetr qar yağarsa, bu əsl problemə çevrilir. Nəqliyyat vasitələri hərəkət edə, təyyarələr isə uça bilmir. Yollardan qarın təmizlənməsi üçün texnika isə həddindən artıq dərəcədə azdır. Görünür ölkə problemlərə dözməyi, onlara pul xərcləməkdən daha üstün tutur.

Britaniyalılar heyvanları çox sevirlər. Burada küçələrdə kimsəsiz itlərə və pişiklərə rast gəlməzsiniz. Bu problem artıq çoxdan həll edilib. Lakin bununla yanaşı, İngiltərə hələ də tülkü ovu ənənəsini davam etdirir. İngilislər adət-ənənələrini heyvanlardan daha çox sevirlər. Londonun Riçmond parkında sərbəst şəkildə maraqları seyr etmək mümkündür.

Britaniyanın konstitusiyası yoxdur.

Big Ben əslində saatın deyil, zəngin adıdır.

Korrektə etdi: Hürü Mustafayeva

ŞƏRH YAZIN