İnsanların Şirniyyata Meylilik Səbəbləri

0
2040
İnsanların Şirniyyata Meylilik Səbəbləri

Amerikalı alimlərin apardığı araşdırmada göstərilir ki, uzun müddət ac qalan adamlar şirniyyatdan heç cür imtina edə bilmirlər. Bu siyahıya ən çox pəhriz saxlayan insanlar aiddir. Alimlər bu asılılığın vücudda olan vitamin çatışmazlığı ilə birbaşa əlaqəli olduğunu vurğulayıblar. Belə ki, vitamin D çatışmazlığı olan insanlar hər 2 saatdan bir şirniyyat yemək istəyirlər ki, bu da bədəndə şəkər normasının artmasına səbəb olur. Aparılan araşdırmalardan o da məlum olub ki, şirniyyata meyilli insanların 70%-ində bağırsaq parazitləri var. Belə ki, bu parazitlər bədənin qidadan əldə olunmuş bütün enerjisini mənimsəyərək, hədsiz şirniyyat asılılığı yaradırlar. Yaradıcı insanlar kokoslu konfetləri sevir. Yeyilən şirniyyat növləri həm də insan xarakterindən xəbər verir. Belə ki, Alman psixoloqların fikrincə, çiyələkli konfetlər ən romantik konfetlərdir. Hesab edilir ki, cəsarətli insanlar albalılı konfet, utancaqlar – fındıqlı, yaradıcı insanlar isə kokoslu konfetləri və ya tortları sevir. Kişilərdən fərqli olaraq qadınlar şirniyyata daha çox meyillidir. Belə ki, sevgi rəmzi hesab edilən şirniyyatdan qadınlar ən çox stressdə olan zaman istifadə edirlər. Mütəxəssislər hesab edir ki, aşırı şirniyyat aludəçisi olmaq insanda mədə sistemi ilə yanaşı qan təzyiqinə də mənfi təsir etmiş olur.  Aparılmış son araşdırmalar göstərib ki, şirniyyata aludəçilik nəinki bədən quruluşuna mənfi təsir göstərir, həmçinin böyrək xəstəlikləri, ürək-damar sistemində çatışmazlıqlar, görmə qabiliyyətinin zəifləməsi və itməsinə qədər apara bilir.

Korrektə etdi: Hürü Mustafayeva

ŞƏRH YAZIN