İntuisiyaya Güvənmək Olar?

0
2949
İntuisiyaya Güvənmək Olar?

Baş verə biləcək nəyisə öncədən duymaq, xoşbəxtlik və bədbəxtliyi öncədən hiss etmək, nə haqqındasa qərar vermək... Bütün bunlar intuisiyadır.

Psixoloq və psixoterapevt Silviann Bart Liberjin fikrincə, öz intuisiyasına qulaq asmaq - özünə arxalanmaq, çətinə düşməkdən və ya əksəriyyətin fikrinə zidd getməkdən qorxmamaq deməkdir. Bəzi fikirlərə görə bu, özü də bir inamdır. İnsanın özünə inamı... Bu o deməkdir ki, insan öz hisslərinə inanır, öz əhatəsiylə möhkəm əlaqə saxlayır. Nəticədə o, ilk dəfədən gözə çarpmayan məqamları görə bilir.

Əgər insan özünə arxalanmırsa, onda öz intuisiyasına güvənməyəcək, əksinə, səhv etməkdən və ya gülünc vəziyyətə düşməkdən qorxduğundan intuisiyasını bölüşməyəcək.

Hər kəsi maraqlandıran "İntuisiyaya nə dərəcədə güvənmək olar?" sualını isə belə cavablandırır. "Əgər siz intuisiya ilə istəkləriniz arasında fərqi görürsünüzsə, onda heç bir məhdudiyyətsiz-filansız intuisiyaya güvənmək olar. İntuisiya - şüuraltı təhlilin nəticəsidir. Yəni, «intuisiya» və «bizim istəklərimiz» bir-birindən fərqli hisslərdir!

Neyropsixologiyada vurğulandığı kimi, intuisiya hər kəsə kömək edə bilər, amma bəzi sahələr mövcüddur ki, bunlarda intuisiyayla kifayətlənmək olmaz (məsələn, mühasibat uçotu və proqramlaşdırma). Necə olursa olsun, intuisiya əsas etibariylə əla kompasdır və bu kompas bizim tələblərimizə, arzularımıza, bacarıqlarımıza cavab verən istiqamətdə həyatımızı yönləndirir."

ŞƏRH YAZIN