Kasıb Adamın Kartına 50 Milyon

0
2066
Kasıb Adamın Kartına 50 Milyon

İstanbul şəhərində Ali Oğuz adlı bir nəfər işıq borcunu ödmək üçün bankomatdan pul çəkmək istəyib. Lakin bu zaman o, bank kartının hesabında olan məbləği gördükdə təəccüblənib. Hesabında 3 min lirə (1161 manat) olması gərəkən Ali Oğuz ekranda 49 milyon 973 min 518 lirə (təxminən 19,3 milyon manat) yazıldığını görüb. Bundan sonra o elektrik borcunu ödəmək üçün hesabından pul çəkmək istəyəndə kartın blokda olduğunu anlayıb. Hadisədən xəbər tutan bank rəhbərliyi polisə məlumat verib. Hazırda İstanbul polisi Ali Oğuzun hesabına bu qədər pulun necə və kim tərəfindən göndərildiyi araşdırır. "Milyonçu" olan şəxs isə polisə verdiyi ifadəsində zənginliyinin qısa müddət davam etdiyini söyləyib: "Hesabımdakı rəqəmi gördükdə təəccübləndim. Səhv olduğunu o dəqiqə başa düşdüm. Hesabında 50 milyon olub communal borcunu ödəməyən kasıb varlı oldum. O hesabdakı 3 min lirə mənimdi, lakin kartım blokda olduğu üçün onu da istifadə edə bilmirəm". 

 
 

Korrektor: Əliyeva Aynur

ŞƏRH YAZIN