Kişilər, kişilər ...

0
1591
Kişilər, kişilər ...

 Qadınların fikrincə, kişi tayfasının hamısı eynidir. Bəs bu deyim doğrudanmı belədir? Təbii ki, bunu bilmək üçün kişilər haqqında öyrənməniz gərəkən şeylər var. 


Məsələn, kişilər yekəxana, özünü digərlərindən üstün tutan qadınları sevmirlər, bu hərəkətlə kişilərin yalnız gözündən düşmək olar. 

Kişiləri gəldikləri nəticələrin qadın tərəfindən dəyişdirilmək istəyi çox qıcıqlandırır. Odur ki, kişinin sizin istədiyiniz kimi hərəkət etməsini istəyirsinizsə elə edin ki, o, bunu özü istəsin. 

Kişi qadının şıltaqlıqlarına uzun müddət dözə və hər istədiyini yerinə yetirə bilər, lakin bu, onun böyük sevgisindən çox sizin nə qədər eqoist və gözütox olduğunuzu yoxlamaq istəyindən irəli gəlir və nəticə heç də yaxşı olmaya bilər, odur ki, həddi aşmamağa çalışın. 

Qadınların düşündüyü kimi, heç də bütün kişilər artıq kiloları eybəcərlik hesab etmir, yaş artdıqca isə görünüş onları daha az maraqlandırır. 

Qadınlar kişilərin əlçatmaz qadınları sevdiklərini düşünürlər, lakin bu yalnız müəyyən vaxta qədər olacaq bir hissdir, daha sonra bu əlçatmaz qadın onlar üçün daha maraqsız olacaq. Əslində kişilər əlçatan qadınları sevirlər, lakin yalnız özlərinin əli çatdıqları halda. 

Kişilər deyingən qadınları qətiyyən sevmirlər, bunu hamı bilir, xüsusilə də qadınlar məişət və ev işlərindən yorulduqlarından deyinirlərsə. 

Tərk edilən qadın özünün yaxşı sevgili, həyat yoldaşı, başa düşən biri olduğunu hesab etsə belə, tərk edən kişilər düşünür ki, əgər o qadınla doğrudan da yaxşı olsaydı onu tərk etməzdilər. 

Kişilər güclü qadınlardan qorxmurlar, sadəcə onları sevmirlər: qadınların zəif kişilərdən xoşları gəlmədiyi kimi, heç bir kişinin də güclü qadın xoşuna gəlmir. 

Qadınlar kişilərin heç də diqqətli olmadığını düşünür, lakin kişilər üzünüzdəki səpgilər, rənglənməyən saçlarınızı belə görürlər, sadəcə sevdikləri üçün özlərini görməməzliyə qoyurlar. 

Qadınlar kişilər üçün nə qədər gözəl görünməyə çalışsalar da bilməlidirlər ki, kişilər süni yaradılmış gözəlliyi sevmirlər. Odur ki, gözəlliyinizə xərclədiyiniz pullar və vaxtı kişilər bilməsələr daha yaxşı olar. 

Hər bir kişi yanında ağıllı və savadlı qadının olmağını istəyir, lakin o ağıllı qadınla maraqsız və sıxıcıdırsa, kişilər daha şən, yanında rahat olacaq və özünü xüsusi hiss edəcək biri ilə birlikdə olmağı üstün tuturlar. 

Kişilər xəyanəti heç də xanımını sevmədiyindən deyil, instinkt və bioloji xüsusiyyətlərinə görə etdiklərini düşünürlər. 

Qısqanclıq sevgi göstəricisi olmasa da kişilər onlar üçün əhəmiyyətsiz olan qadını qısqanmırlar. 

Qadınlar kişilər üçün gözəl geyinməyə çalışırlar. Kişilər üçün isə geyimin elə bir əhəmiyyəti yoxdur və hətta onların fikrinə görə qadınlar heç də onlar üçün deyil, özləri aralarında yarışmaq üçün gözəl geyinməyə çalışırlar. 

Kişilər üçün gözəllik və cazibə anlayışı tam fərqlidir, ona görə də bir kişinin çox gözəl sevgilisi və ya həyat yoldaşı olduğu halda, xanımına heç də gözəl olmayan biri ilə xəyanət etdiyinə təəccüblənməyin.

ŞƏRH YAZIN