Kişilər nə demək istəyir???

0
2691
Kişilər nə demək istəyir???

 Qadınların bir söz deyərkən əslində nə demək istədiyini bir öncəki məqalələrimizdən birində öyrəndiniz. Bəs kişilər??? Onları da unutmadıq. Kişilərin nə demək istədiyini də indi öyrəməcəksiniz.


"Hal-hazırda yeni bir əlaqə istəmirəm"
 
Deməyə çalışdığı həqiqətən də budur yoxsa "bir müddətlik bir əlaqə istəyirəm" demək istəyir bəlkə. Hal-hazırda yeni bir yaxınlıq istəmirəm sözünün üstünə onunla maraqlanmağa davam etsəniz,'sizin də bu bir müddətlik əlaqəyə razı olduğunuzu' düşünə bilər...

"Sən çox yaxşı dostsan"
 
Çox kişi, bir şeylər (həyəcan və şəhvət daxil olmaqla) yaşamaq potensialı olan yanındakı gözəl qadına yoldaşlıq ilə əlaqədar cümlələr qurmaq istəməz.Sizə bu cümləni deyirsə,böyük ehtimalla ya sizdən ümidi kəsib ya da sizi həqiqətən yaxşı dost olaraq görür.

"İqtisadiyyat nə qədər pisdir,görürsənmi?"
 
Bu cümləni bir-iki dəfə söyləsə normal lakin həmişə təkrar edirsə,'məndən xarici tətilləri,sənə bahalı hədiyyə almağımı,bahalı restoranlarda yemək sifariş etməyimi gözləmə'demək istəyir da ola bilər.

"Boyum 1,87"
 
Kişilərin boylarını uzun göstərməyə qarşı dözülməz zəiflikləri var.Boyum 1,87 deyirsə, ayaqqabı dabanınıda da qatır böyük ehtimalla.Yəni ayaqqabı fərqi xaricində şişirtmə payını da düşsəniz,həqiqətdə 1,82-1,83 ola bilər.

"Yaxşı, üzr istəyirəm'
 
Bu cümləni quran bir kişi ya həqiqətən üzgündür və içdən bir şəkildə üzr istəyir, ya da yalan danışır, yalnız və yalnız mübahisənin uzanmasını istəməyədə bilər.Hər iki ehtimala qarşı siz yenə də üzrü qəbul etməyə çalışın.Nəticə etibarilə üzr istədi.

"Özümə zaman ayıra bilmirəm' 
 
Siz bunu 'səninlə vaxt keçirməyi xoşlamıram' olaraq qəbul edə bilərsiniz bəlkə,lakin bu, onu bir az bezdirmiş olduğunuzu göstərir.Buraxın, onunla mübahisə etməyin əsla.Dostları ilə əylənsin,çıxsın gəzsin.O bayırda ikən də siz özünüzə vaxt ayırmış olacaqsınız.

"Yenə də dost olaraq qala bilərik?'
 
Ya ayrıldığınız üçün həqiqətən üzgündür,ya da "arada sırada görüşüb köhnə günləri yad edəkmi?" demək istəyir.

ŞƏRH YAZIN