Kişilərin bu dedikləri yalandır

0
2079
Kişilərin bu dedikləri yalandır

 Hər kəs yalan danışar. Balacadan böyüyə hər kəsin heç olmasa ömürlərində bir dəfə yalan əl aldığı danılmaz faktdır. Amma mövzu yalan olunca, qadınlara nisbətən kişilər bəyaz yalan danışmaqda son dərəcə müvəffəqiyyətlidirlər. Kişilərə görə bəyaz yalan, bizlərə görə bağışlanılmaz olan bir çox yalan növündən yalnız bir neçə nümunəsini birlikdə xatırlayaq.


• Ananı öz anam kimi sevirəm: Əslində ananı öz evindəykən sevirəm, hər dəqiqə ananla olmaq istəyirdinsə, niyə evləndin demək istəyir.
 
• İşdə çox qalacağam, gec gələrəm: Bəzən doğru olsa da, siz yenə də o çox işi harada, hansı iş üzərində etdiyini bir araşdırın.
 
• Həftə sonu iş yığıncağı var, şəhər xaricindəyəm: Bəlkə də doğrudur, amma siz yenə də o yığıncağın həqiqətən iş yığıncağı olub-olmadığını bir öyənin.
 
• Dişi ağcaqanada belə baxmaram: Bəli doğru söyləyirlər. Çünki dişi ağcaqanadlar deyil, dişi insanlar maraqlarını çəkə bilər :)
 
• Çox gözəl yemək bişirirsən: Gözəl yemək bişirə bilərsiz, amma qədr qiymət bilməz kişilər yemək bişirməyi bilmədikləri və bişirməyə də cəhd göstərmədikləri üçün başlarına bir də yemək bişirmə işi açmaq istəmədiklərindən də belə yalan danışa bilərlər.
 
• Oriental izləməkdən heç xoşum gəlmir: Bəli yanında siz varsınızsa oriental izləməkdən heç xoşları gəlməz.
 
• Telefonumun batareyası bitib: Necə olur ki telefonun batareyası həmişə ya iş yerində olmadığında ya da yanında kimsə olmadığında,yəni əsla ondan xəbər ala bilməyəcəyiniz,harada kiminlə nə etdiyini öyrənə bilməyəcəyiniz,daha doğrusu isbat edə bilməyəcəyiniz anlarda bitmiş olar.
 
• Həyatım boyunca sənin qədər heç kəsi sevmədim: Bunu hər birlikdə olduğu qadına söyləyir.Balıq yaddaşlı olma vəziyyətiylə bəlkə də söylədiklərini,hətta əvvəldən sevdiklərini də unudurlar.
 
• Xarici görünüş deyil, iç görünüş önəmlidir: Təbii canım onsuz da insanlar bir baxışda xasiyyəti, suyu, xarakteri, iç gözəlliyi görüləcək qədər şəffafdır və heç bir kişi xarici gözəlliyə əhəmiyyət verməz. Ona görə bütün xaric təhsil yığıncaqların ən gözəl qadınların olduğu Rusiya olsun istərlər.

ŞƏRH YAZIN