Kişilərin Romantik Olmasının Göstərən Qidalar

0
2088
Kişilərin Romantik Olmasının Göstərən Qidalar

Bu sahədə xeyli baş sındıran mütəxəssislər kişiləri 364 gün romantik edən qidaları müəyyən ediblər. Araşdırmalar göstərib ki, bəzi qidaları yeyən insanlar daha romantik olurlar. Deməli, siz də partnyorunuza həmin qidaları yeməyi məsləhət görsəniz, sevgilinizi bir romantikə çevirə bilərsiniz.

Beləliklə, insanı daha romantik olmağa təşviq edən qidaların siyahısını təqdim edirik:
 
Nar suyu
Nar bərəkətin simvoludur. Nar suyu qırmızı olduğu üçün eşqi, sevgini xatırladır və insanı cuşa gətirir. Əgər ailəlisinizsə, sevgililər günündə süfrənizdə mütləq nar suyu olsun. Özünüzü və partnyorunuzu daha romantik görmək istəyəndə, nar sıxın.
 
Banan
Cinsi istəyi artırır, insanın özünü daha xoşbəxt hiss etməsinə səbəb olur. Təbii ki, xoşbəxt insan partnyorunu da xoşbəxt etmək istəyəcək. Bu isə sürpriz hədiyyələr və romantik bir gün mənasına gələ bilər.
 
Badam
Badam da xoşbəxtlik hormonlarını artıraraq insanı cuşa gətirir.
 
Şokolad
Şokolad insana enerji və xoşbəxtlik hissi bəxş edir. Şokoladı həm sevgililər günündə, həm də ən intim dəqiqələrdə yanınızdan əksik etməyin. Şokoladın insanı ehtirasa gətirən təsirindən faydalanmaq üçün tünd, südlü, fındıqlı, fıstıqlı və badamlı şokolad növlərinə üstünlük vermək lazımdır.
 
Təzə nanə
Salatlara və şorbalara mütləq təzə nanə yarpağı əlavə edin. Təravət bəxş edən bu tərəvəz insana romantik hisslər aşılayır.
 
Bal
Orqanizm üçün çox faydalı olan bal tərkibindəki maddələr sayəsində insana güc və enerji verir. Hissləri elə cuşa gətirir ki, cücərən romantik duyğuları cilovlamaq olmur.
 
Kartof
Kartof yemək insanı xoşbəxt edir. Ancaq kartofu qızartmaqdansa, sobada və ya suda bişirmək, həmçinin şorbalara əlavə edərək yemək məsləhətdir.Kartof insana başqalarını da xoşbəxt etmək istəyi yaradır. Bu da romantik sürprizlərin sayını artırır.
 
Qırmızı şərab
Sevgililər günündə süfrənizdə mütləq qırmızı şərab olmalıdır. Bu sizə həmin gün sərhədləri yıxmağa və özünüzü daha xoşbəxt hiss etməyə kömək edəcək. İl boyu həftədə bir dəfə süfrəyə qırmızı şərab qoymağı unutmayın. 
 
 
 
Korrektor:Əhmədova Sevinc
 

ŞƏRH YAZIN