Kosmosa Uçmaq Prinsipi

0
3007
Kosmosa Uçmaq Prinsipi

Mixail Burdayev, texnika elmləri doktoru, professor, kosmonavtların hazırlanması mərkəzinin elmi işçisi, 20 il ərzində kosmosa uçmağa hazırlaşmış, lakin uça bilməmişdir: «Mənim kosmosa yolumu Aleksey Leonov bağladı. O vaxt o, kosmonavtlar dəstəsinin komandiri idi. Demişdi: «Başa düşmürəm, axı bu Budayev niyə kosmosa uçmalıdır?» Mən isə artıq 10 ildir ki, dəstədəydim, gecə-gündüz məşq edirdim. Ancaq dözüb qaldım. İki ildən sonra Leonovdan soruşdum: «Nə üçün mən uçmuram? Mən o vaxt artıq elmlər doktoru idim. O dedi: «Əgər sən akademik olsaydın, o vaxt səninlə söhbət edərdim». Yarım ildən sonra akademik oldum və yenə… uçmadım. 1973-cü ildə Marsa uçmaqdan söhbət düşdü. Ora adam göndərmək maraqlı idi, lakin kosmik gəminin geri qayıtmaq imkanı yox idi. Və mən dedim ki, Marsa uçmağa hazıram: ora çataram, proqramı yerinə yetirərəm və özümü güllələyərəm. Bir hay-küy qalxdı gəl görəsən:  məni alverdə, özünü reklamda ittiham elədilər. Leonev isə hər məni görəndə pis-pis ilişirdi. Neçə dəfə istəmişdim, masasının üstündəki ağır gül qabı ilə onun başını əzim…Mən dəstəni həmişəlik tərk edəndə psixoloqumuzdan soruşdum: «Nə üçün uçmadım? Sən ki, mənə ən müsbət psixoloji xarakteriskalar yazırdın, sağlamlığım, intellektual səviyyəm də qaydasında idi. O mənə nə desə yaxşıdır? Dedi: «Hələ 19 il əvvəl, sənin dəstəyə qəbul edilməyindən yarım il sonra bizə aydın oldu ki, sən uçmayacaqsan. Çünki sən idarə olunmaz adamsan! «Mənsə bir hərbçi kimi tam idarə olunan adamam, lakin heç vaxt axmaqlara tabe olmamışam və tabe olmaram da…/1996-cı il/

ŞƏRH YAZIN