Milyarderlərin Pul Yığmaq Sirləri!

0
6516
Milyarderlərin Pul Yığmaq Sirləri!

Əlimizə düşən pulu bəzən lazımsız, önəmsiz şeylərə xərcləyər, bir sözlə, israf edərik. Amma elə gün gələr ki, zamanında pul yığa bilmədiyimizdən o pula çox ehtiyac duyarıq. Sizə dünyaca məşhur milyarderlərin pul yığma tövsiyələrini təqdim edirik:
Maykl Bloomberg - 34.3 milyard dollar: Sizin üçün ən uyğun olan tövsiyə Nyu-Yorkun bələdiyyə sədri və “Bloomberg” şirkətinin sahibinin tövsiyəsidir. Bloombergin 10 ildir iki ayaqqabısı var. Hər iki ayaqqabı qaradır və Bloomberg üçün kifayət qədər rahatdır. Heç vaxt geyinməyəcəyi ayaqqabılar üçün sərvət xərcləməkdənsə, pulunu daha əhəmiyyətli şeylərə xərcləməyi seçir.
Uarren Baffet - 66.1 milyard dollar: 2008-ci ildə Forbes tərəfindən dünyanın ən varlı insanı seçilən Baffet hələ də 1958-ci ildə aldığı 31500$-lıq evində yaşayır. Pulunun çox olması onun daha lüks ev almasını zəruri etmir.
Karlos Slim Heliun - 78.5 milyard dollar: 2007-ci ildə Forbes tərəfindən dünyanın ən zəngin insanı seçilən meksikalı iş adamı Karlos Slim "İşiniz nə olursa, olsun pul yığmağa başlayın. Pul yığmağa nə qədər erkən başlasanız, pulunuza nəzarət etməyi o qədər tez öyrənəcəksiniz"deyir.
Con Koduell - 2.6 milyard dollar: Lüks avtomobilləri seçməyən digər milyarder isə ingilis iş adamı Con Koduelldir. A nöqtəsindən B nöqtəsinə getmək üçün avtomobilə ehtiyac duymayan məşhur iş adamı velosiped və ictimai nəqliyyata üstünlük verir.
Mark Zükerberq - 30 milyard dollar: Facebookun yaradıcısı Zükerberq hələ də 30000 $-lıq “Sedan” avtomobilini istifadə edir.
T. Bun Pikens – 1 milyard dollar: Siz də alış-veriş edərkən özünü itirənlərdənsiniz? Onda evdən çıxanda siyahı hazırlayın və özünüzlə lazım olan qədər pul götürün. BP-nin Maliyyə direktoru Pikens pul qabında sadəcə ehtiyacı olan qədər pul gəzdirir.

 

Korrektor: Əliyeva Aynur

ŞƏRH YAZIN