Nəcib Fazil Qısakürək Sözləri!

0
9876
Nəcib Fazil Qısakürək Sözləri!

Əhməd Nəcib Fazil Qısakürək türk ədəbiyyatının parlaq simalarındandır. Müasir türk mütəfəkkiri, şair və yazıçıdır. Nəcib Fazil Qısakürək aforizmlərini sizinlə paylaşırıq:
♦ İki cür insan vardır — zaman keçdikcə xətalarıyla üzləşən, zaman keçdikcə üzsüzləşən.
♦ Yola çıxdıqlarınla yolda tapdıqlarını dəyişərsən — həm yolu itirərsən, həm dostlarını. 
♦ Ayağın daşa ilişərsə «Allah kahr etsin» belə deməməlisən. Dua etməlisən ki, daşa ilişəcək ayağın var.
♦ Aldığımız nəfəsi belə geri veririksə, heç bir şey bizim deyil.
♦ Özünü dünya qədər dəyərli zənn edənlərə qısa qeyd: «Dünya beş para etməz» 
♦ Dünya gözəl olsaydı, doğularkən ağlamazdıq. Yaşarkən təmiz qalsaydıq, öləndə yuylmazdıq.
♦ Bəzi insanlar alçaq könüllüdür, bəziləri isə alçaq olmaya könüllüdür.
♦ Yanında olduğum zaman dəyərimi bilməsən, dəyərimi bildiyin gün məni yanında görməzsən.
♦ Bu həyatı ciddiyə almayın, necə olsa içindən sağ çıxmayacaqsınız.
♦ İnsanın qazandığı puldan yox, pulun qazandığı insandan qorxun.
♦ İnsanın sevdiyini itirməsi, dişini itirməsi qədər qəribədir: Acısını o an yaşar, yoxluğun ömür boyu.

♦ Nə gəlirsə başımıza Haqqdandır,
Fəqət, gəliş səbəbi, Haqqdan ayrılmaqdandır.

♦ Nəcib Fazildən soruşmuşlar: 
— Niyə siqareti belə çox sevirsiz?
  Cavab vermiş:
— Mənim üçün yanan bir tək o var.

♦ Hakim saqqalı uzanmış Nəcib Fazilə:
— Meymuna dönmüsən, Nəcib — demiş.
Nəcib Fazil üzünü divara çevirərək:
— İndi də divara döndüm — deyə cavab verir.

♦ Necib Fazil bir gün konfrans zamanı nitq söylərkən, salonda oturanlardan biri kürsüyə xiyar atır. Xiyarı əlinə alan ustad salona üzünü tutub:
— Biri şəxsiyyətini göndərdi. Kimindirsə, gəlib alsın — deyir.

♦ Biri ustada soruşur:
— Sınan qəlb yenə sevərmi?
— Bəli, deyə cavab verir.
Yenə soruşur:
— Ustad, siz heç sınıq stəkandan su içdinizmi?
Cavab verir:
— Bəs sən, stəkan sındı deyə, su içməkdən imtina etdinmi heç?!

♦ Yenə bir gün Nəcib Fazildən soruşurlar:
— Ustad, şəxsi maşının yoxdur?
Düşünmədən cavab vermiş:
— Ona ən sonda minəcəyik.
 

Korrektor: Əliyeva Aynur

 

ŞƏRH YAZIN