Nikkolo Makiavelli sözləri

0
8184
Nikkolo Makiavelli sözləri

 * Hər kəs sənin necə göründüyünü bilər amma çox az insan necə olduğunu hiss edər.


* İnsanlar içində çətinlik gördükləri cəhdlər qarşısında həmişə məmnunsuzdurlar. 

* Din, əxlaq və hüquq dövlətə bağlidir. Məqsədi gerçəkləşirmək üçün lazım olduğunda dövlət bunları alət olaraq istifadə etməlidir.

* Hər səhvimin arxasından sonumun gəldiyini düşünərəm. Ancaq rəqiblərim səhvin böyüklüyü qarşısında çaşır, hər səhvimdə kəramət axtarırdılar. Belə belə məşhur oldum.

* Əsl diqqətə alınması lazım olan bu: İnsanlar qazanılmalı, ya da kökləri yox olmalıdır

* Ümumiyyətlə insanlara və sözlərinə güvənmək olmaz, çünki insanlar sizə verdikləri sözə əməl etməyəcək səfil varlıqlardır, sizin də onlara verdiyiniz sözə əməl etməniz lazım deyil.

* Qorxulmaq sevilməkdən yaxşıdır. Sevgini dəstək olan şey, təşəkkür hissidir. Ancaq insanlar çoxu eqoist olduqlarından, öz işlərinə gəldiyi nöqtədə bu təşəkkür hissini bir kənara buraxıb çəkib gedə bilərlər.Halbuki qorxunu dəstək olan, cəzalandırılma ehtimalıdır ki, bu ehtimal hər vaxt daha təsirlidir.

* Özü yıxılan adam bıraxın yıxılsın. Əgər bir başqası tərəfindən itələnilmişsə o zaman onu tut.

* İnsanlar ümumiyyətlə pisdirlər, bu səbəblə də hər cür pisliyə layiqdirlər.

* İnsan istədimi, peşman olmağa daim zaman tapar.

* İnsanlara ya yaxşı davranın ya da onları ayaqlarınızın altında əzin. Çünki az incidiklərində intiqam arxasına düşə bilərlər, daha çoxundadırsa bunu ağıllarına belə gətirə bilməzlər.

* Məqsədə çatmaq üçün hər vasitə qanuni və əxlaqidir.

* İnsanlar sizə qarşı cinayət törətdikləri və pislik etdikləri zaman, sizin onlara verəcəyiniz cavab, onların sizə etdiyindən min betər ola bilər və olmalıdır.

* İnsanlar elə saf və zəifdirlər ki, aldatmaq istəyən, dilədiyi qədər axmağı asand tapar.

* Ədalət daim güclüdən yanadır.
 
* Bir hökmdar heyvan kimi davrana bilməlidir. Onun tülkü və aslandan öyrənəcəyi şeylər vardır. Tələləri sezmək üçün tülkü, qurdları qorxutmaq üçün də aslan olmaq məcburiyyətindədir

* Mən cənnətə deyil cəhənnəmə getmək istəyirəm; çünki cəhənnəmdə papalar, krallar və şahzadələrlə birlikdə olaram, halbuki cənnətdə yalnız dilənçilər, keşişlər və həvarilər var.

* Qaçmağın lazım olduğunda qaç, cəsur olmağın lazım olduğunda cəsur ol, hər şeyi özün üçün edirsən.

* Hökmdar xalqı elə qorxutmalıdır ki, sevilməsə belə nifrət də oyandırmasın. Xalqın malına və ismətinə toxunulmazsa bu da təmin edilə bilər. Lazım olduğunda səbəbləri açıqca ifadə edilərək birinin qanına girilə bilər. Ancaq xüsusilə kimsənin malına toxunmamaq lazımdır. Çünki insanlar atalarının itkisini unudarlar ancaq mallarının itkisini unuda bilməzlər.

* Düşməninizə hücum edə bilərsiniz; doğrumu səhvmi etdiyinizi düşünməniz lazım deyil, tez ya da gec mühakiməçiləriniz sizi haqlı çıxarmaq üçün ən yaxşı səbəbləri tapacaqdır

* Mənə görə, yalnız öz gücünə güvənən və pul gücüylə yaxşı bir ordu qurub gələ biləcək hər cür hücuma cavab verə bilən hökmdar, tam hökmdardır.

ŞƏRH YAZIN